Mercedes-Benz sahibləri üçün Rəsmi Dilerdən Xüsusi Təklif
Bir zamanlar ehtiyac deyəndə sosioloqlar daha çox qida, su, təhlükəsiz mühit, ev, geyim kimi məfhumları nəzərə alırdılarsa, indi bu siyahıya rabitə, internet, nəqliyyat kimi məfhumlar da daxil edilib. Müasirləşən dünyamızda insanlar daha sürətli olmağa can atırlar. Çünki paylaşılan informasiyalar əvvəlki dövrlərlə müqayisədə daha sürətli və iri həcimli olmağa başlayıblar. Əvvəllər 3 mb. həcmində olan informasiyanı 68 kb. sürəti ilə bir neçə saata yükləyə bilirdiksə, indi GB.-larla olan informasiyanı bi neçə dəqiqə ərzində əldə edə bilirik.
Sürətimizi təmin edən ən vacib vasitələrdən biri də təbii ki, avtomobildir. Avtomobil bizim üçün o qədər önəmlidir ki, bəzən ona ailə üzvümüz kimi baxırıq. Özümüz xəstlənəndə nə qədər üzülürüksə, avtomobilimiz nasaz vəziyyətdə olanda bir o qədər kədərlənirik. Çünki günlük nizamımız nəqliyyatdan, xüsusi ilə də avtomobillərimizdən asılıdır. Avtomobillər bir çox adlarda, bir çox seqmentlər üçün, bir sıra ölkələrdə istehsal edilir. Hər avtomobil markası öz modellərində müəyyən unikallıqlara sahib yeniliklər etməyə çalışır. Bu yenilikər isə mövcud sektoru ildən ilə inkişaf etdirir.
Dünya avtomobil industriyasının inkişafına bir başa təsir göstərən markalardan biri də heç şübhəsiz ki, Mercedes-Benz-dir. Tarix boyu öz innovativlikləri ilə avtomobil sevənlərin diqqətini cəlb etməyi bacaran alman mühəndisləri bu vərdişlərindən əl çəkmirlər. Çünki onlar öz avtomobillərini “ya ən mükəmməl, ya da heç nə” devizi ilə istehsal edirlər. Yəni hədəf sadəcə sıradan avtomobil istehsal etmək deyil. Məqsəd ən yaxşıların avtomobillərini istehsal edə bilməkdir.
Öz seqmentində Mercedes-Benz markasını lider edən xüsusiyyətləri sadalamaq istəsək mükəmməl mühəndislik, komfort, texnoloji yenilik, dayanıqlılıq kimi bir çox xüsusiyyətləri göstərə bilərik. Bəs Azərbaycanda Mercedes-Benz markasını bu qədər populyar edən xüsusiyyətlər hansılardır? Müxtəlif dövrlərdə keçirimiş sorğulara əsasən imic, reputasiya, innovasiya, rahatlıq kimi cavablar almışıq. Amma unutmamalı olduğumuz ən xüsusi amil əlbəttə ki, keyfiyyətdir. Çünki hətta 10 yaşında olan Mercedes-Benz avtomobilləri belə bir çox markaların yeni avtomobillərindən daha uzun ömürlü olmağı bacarırlar.
Mercedes-Benz avtomobillərinin istismar müddətinin uzun olmasında əlbəttə ki, uzun illərin unikal mühəndisliyi rol oynayır. Amma mükəmməllər belə nəvazişə ehtiyac duyurlar. Avtomobilinizə yaxşı qulluq etməsəniz, periodik baxımı düzgün həyata keçirməsəniz bir neçə müddətdən sonra müəyyən problemlərlə qarşılaşa bilərsiniz. Bəs periodic baxımın əsasını nə təşkil edir?
Mühərrik yağının vaxtında dəyişdirilməsi periodik baxışın əsas göstəricilərindəndir. Çünki mühərrik yağı avtomobilin uzun müddət istismar olunmasını təmin edən faktorlardandır. Adətən hər istehsalçı öz avtomobilləri üçün xüsusi mühərrik yağı markaları tövsiyə edir. Mercedes-Benz markasının tövsiyə etdiyi mühərrik yağı Petronasdır. Hansı ki, bu yağı Azərbaycana rəsmi idxalçısı Mercedes-Benz markasının rəsmi dileri Abşeron Avtomobil Mərkəzidir. Abşeron Avtomobil Mərkəzi Mercedes-Benz Markasının tövsiyə etdiyi mühərrik yağlarınə bir başa istehsalçıdan əldə edir və Bakı-Sumaqayıt yolu 6-cı km-də yerləşən rəsmi servis mərkəzində öz müştərilərinə təqdim edir.
31 dekabradək Abşeron Avtomobil Mərkəzində 1+1 kampaniyası ilə avtomobilinizin yağını dəyişdirsəniz işçilik + avto yumaya görə cəmi 2 AZN ödəniş edəcəksiniz. Bu xüsusi kampaniya yalnızca 2006-2017 istehsalı olan Mercedes-Benz avtomobilləri üçün nəzərdə tutulub və 31 dekabradəkdir. Kampaniyadan yararlanmağa tələsin. Ətraflı məlumat üçün 012 347 75 00.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 20 d. əvvəl
-
- 26 d. əvvəl
-
59 d. əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
2 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb














.jpg)








