Məhsullarımızın Avropaya çıxışına kömək edə biləcək mühüm qərar
Beynəlxalq tranzit daşımalarda malların və nəqliyyat vasitələrinin sərhəd keçidinin sadələşdirilməsi istiqamətində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən beynəlxalq miqyasda qəbul edilmiş norma və standartların tətbiqi üzrə müasir təcrübənin öyrənilməsi həyata keçirilir.
Hazırda Avropa regionunda yüklərin vahid tranzit proseduru altında daşınması üzrə norma və tələbləri müəyyən edən, Avropa İttifaqı (Aİ) üzv dövlətləri, eləcə də İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn, Türkiyə, Makedoniya və Serbiyanın da üzvü olduğu Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (New Computerized Transit System - NCTS) beynəlxalq daşımalar zamanı vahid inzibati sənəd və vahid gömrük zəmanəti altında yüklərin daşınması üçün tətbiq olunur.
Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi üçün Avropa İttifaqının Birlik Tranzitinin (Union Transit) qeyri-Aİ dövlətlərinə genişləndirilməsi hesab olunan "Ümumi Tranzit proseduru haqqında Konvensiya"ya və "Mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi haqqında Konvensiya"ya qoşulmaq üçün milli qanunvericiliyin qeyd olunan tənzimləyici çərçivənin müddəalarına uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması və təkmilləşdirilməsi əsas şərtlərdəndir.
Gürcüstan, Ukrayna və Moldova NCTS-ə qoşulmaya hazırlıq prosesində olmaqla, artıq sistemin tətbiqi ilə bağlı milli fəaliyyət planları çərçivəsində müvafiq islahat xarakterli tədbirlər həyata keçirirlər. Türkiyənin 2012-ci ildən sözügedən sistemin üzvü olduğunu, yaxın zamanda isə bu sistemin Gürcüstanda tətbiqi ölkəmiz üçün yeni imkanlar yaradır.
Göstərilən sistemdən istifadə tranzit əməliyyatları üzrə gömrük zəmanət zəncirinin təşkili, vahid inzibati sənədləşmənin tətbiqi yolu ilə tranzit daşımaları zamanı gömrük məqsədləri üçün tələb olunan sənədlərin sayının minimuma endirilməsi, bütün tranzit marşrutu üzrə məlumatların əvvəlcədən elektron qaydada mübadiləsi vasitəsilə risklərin təhlili və qiymətləndirilməsinin sürətləndirilməsinə də imkan yaradır.
Bu sistemin tətbiqi həmçinin, Azərbaycan Respublikasında istehsal olunan, "MADE IN AZERBAIJAN" brendli malların NCTS üzvü olan Avropa qitəsində yerləşən ölkələrin bazarlarına çıxışına və təyinat yerlərinə çatdırılması üçün imkan yaradacaqdır.
"Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli, 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planının 7.2.1.1 bəndinin (Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsi) icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə diplomatik kanallar vasitəsilə qeyd olunan konvensiyaların idarəetmə orqanı olan EU-EFTA Birgə Komitəsinin sədrinə müvafiq müraciət ünvanlanmışdır.
DGK Mətbuat Xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, bu ilin 5 dekabrında Norveçin Oslo şəhərində keçirilmiş Birgə Komitənin iclasında Azərbaycan Respublikasının müraciəti müzakirə edilmiş və ölkəmizə qeyri-formal müşahidəçi statusunun verilməsi barədə qərar qəbul olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 32 d. əvvəl
-
39 d. əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
-
2 saat əvvəl
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
-
2 saat əvvəl
Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dekabrın 26-da gözlənilən hava şəraiti
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti
ABŞ Venesueladan çıxan tankeri qovalayıb
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib

























