“Mətanət A” vakansiyalar elan edir - Mexanik, Laborant
1. “Mətanət A” şirkəti İstehsal avadanlıqları üzrə mexanik vakansiyanı elan edir
İşin təsviri:
-Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;
-Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;
-İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək;
-Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;
-Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
-Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
-Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
-Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
-Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq
Əmək haqqı:
Razılaşma yolu ilə
Tələblər:
-Təhsil: Ali
-Yaş həddi: 35-50
-Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı
-Dillər: Rus biliyi arzu olunandır
Şəxsi keyfiyyətləri:
-Fikrini izah etmək qabiliyətli;
-Ünsiyyət yaratmaq bacarıqlı;
-Fəal olması;
-İşə planlı yanaşması.
Qeyd
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin
2. “Mətanət A” şirkəti Laborant vakansiyasını elan edir
İşin təsviri:
-Laborator avadanlıqlarını tanıyıb onunla işləməyi bacarmalıdır.
-Hər gün istehsal olunan məhsulların qeydiyyatını aparmalıdır.
-İstehsal olunan məhsulları analiz etməlidir (analiz üsullarını öyrəndikdən sonra)
-Resept əsasında yeni məhsul hazırlamağı bacarmalıdır.
-Laboratoriya avadanlıqlarını təmiz saxlamalıdır.
Əmək haqqı:
-Razılaşma yolu ilə
Tələblər:
-Təhsil: Ali (bakalavr)
-İş təcrübəsi: Ən azı bu sahədə 3 il iş təcrübəsi olmalı. (Boya sahəsində işləmiş laboranta üstünlük verilir.)
-Yaş həddi: 24-35
-Kompüter biliyi: Word, Excell, Internet Explorer
-Dillər: Azərbaycan dili
Şəxsi keyfiyyətləri:
-Fikrini izah etmək qabliyyəti;
-İşə planlı yanaşması;
-Ünsiyyət yaratmaq bacarığı;
-Fəal olması;
Əlavə tələblər:
-Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 d. əvvəl
- 41 d. əvvəl
-
- 46 d. əvvəl
-
50 d. əvvəl
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
19 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda 11-ci Domino’s restoranı açıqlacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






















