Bitcoin-dən 2 gündə 3 rekord
Virtual pul vahidi Bitcoin, dünən 12 min dolları görməsinin ardından 24 saat keçmədən 13 min dolları aşaraq bir gün içində iki rekord qırıb. Bu gün gecə isə Bitcoin-in qiyməti 14 min dolları da keçib.
"Marja" xəbər verir ki, Bitcoin-in rekordlar qırmasında ABŞ-ın maliyyə şirkətlərinin, Bitcoin-ə məhsulları arasında yer vermək qərarı vermələri mühüm rol oynadı.
ABŞ-ın Fyüçerslər ilə əmtəə ticarəti komissiyasından (CFTC) keçən cümə günü verilən məlumata görə, CME Group, CBOE və Cantor Fitzgerald adlı maliyyə şirkətləri Bitcoini məhsulları sırasına əlavə etmək üçün lazımi rəsmi icazələri almışlar.
Dünyanın ən böyük birja şirkəti olan CME Group, Bitcoin ilə fyüçers əməliyyatlarına 18 Dekabrdan başlayacağını bildirmişdir.
Dünya miqyasında 1200-ə yaxın virtual pul arasında ən dəyərlisi olan Bitcoin, təkcə bu il ərzində 1400 faiz bahalaşıb.
Bitcoin-in ümumi bazar dəyəri isə 223 milyard dollara çataraq Mc Donald's, Boeing, Goldman Sachs və Disney kimi nəhəngləri geridə qoyur.
Buna qarşı, bəzi analitiklər Bitcoin barədə xəbərdarlıq edirlər. Onlar qeyd edirlər ki, Bitcoin yaxın vaxtlarda çökərək kəskin ucuzlaşacaqdır. Hətta Bitcoin-dəki "köpüyün" partlamasına 80% ehtimal verənlər də var.
Bəzi investorlar, Bitcoin-in dəyərinin 2018-ci ilin sonunda 40 min dollara çatacağını iddia edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 39 d. əvvəl
-
-
42 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
44 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
50 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Mayın 19-da gözlənilən hava şəraiti
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər







.jpg)
















.jpg)
