12 min nəfəri işdən çıxarır
General Electric (GE) kiçilən qaz və kömür bazarına görə, xərc azaltmaq üçün 12 min nəfəri işdən çıxarmağa hazırlaşır.
"Marja" xəbər verir ki, dünyanın ən böyük enerji şirkətlərindən biri olan GE, bu qərarla enerji sektorundakı işçi qüvvəsinin 18%-dən imtina etmiş olacaqdır. Verilən xəbərlərə görə, işdən çıxarılacaq personalın böyük hissəsi ABŞ xaricindəki müəssisələrdə işləyənlər olacaqdır.
ABŞ şirkəti, ixtisarlar sayəsində gələn il enerji bölməsində 1 milyard dollar qənaət etməyi planlaşdırmır. Şirkətin ümumi qənaət hədəfi isə 3.5 milyard dollar səviyyəsindədir.
General Electric yalnız 12000 nəfəri çıxarmaqla qalmayacaq, investisiya xərclərini və aaraşdırma büdcəsini də azaldacaqdır.
Dünyanın ən böyük qaz turbini istehsalçısı olan GE, ötən ay bəzi sahələrdən də çıxa biləcəyi siqnalını vermişdi.
Xəbərlərin ardından General Electric-in səhmləri 0.6% dəyər itirərək son 6 aydakı ən aşağı səviyyəsi olan 17.66 dollara geriləyib. Bu il orta hesabla 22 faiz artan Dou Cons indeksində GE 44 faiz "əriyərək" ən pis şirkət olub.
Dünya üzrə 300 min əməkdaşı olan General Electric-in nəzdində olan enerji bölməsinin ötən il dövriyyəsi 26.8 milyard dollar olub və gözləntiləridən aşağı qalmışdı. Əsas amil olaraq, qaz ilə istehsal edilən elektrik enerjisinə olan tələbatın azalması göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 d. əvvəl
-
-
26 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 53 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir























.jpg)

