Tesla-nın TIR-na yeni rəqib: Thor
ABŞ-lı məşhur sahibkar Elon Musk-ın 16 Noyabrda təqdim etdiyi elektrikli yük avtomobili "Tesla Semi", nəqliyyatda yeni bir çağ açmağa hazırlaşsa da bazarda hakimi ola bilməyəcək.
"Marja" xəbər verir ki, adını Skandinaviya mifologiyasında ildırım tanrısı Thorun, "Marvel Comics"dəki super qəhrəman xarakterindən alan "Thor Trucks" şirkəti, 2019-cu ildə bazara çıxarmağı qarşısına məqsəd qoyduğu elektrikli TIR modeli "ET-One"ın prototipini nömayiş etdirib.
25 yaşlı sahibkar Dakota Semler tərəfindən Los Ancelesdə qurulan şirkətin ilk məhsulu "ET-One" yük avtomobilinin 480 kilometr mənzili var və 37 ton kiloqrama çatan ağırlıqda yükləri daşıya bilir. Avtomobilin başlanğıc qiyməti 150 min dollar olacaqdır. "Tesla Semi" üçün açıqlanan qiymətlər isə öncədən 5 min dollar depozit verərək sifariş siyahısına düşülməsindən sonra, 480 kilometr mənzilli vasitə üçün 150 min, 800 kilometr mənzilli versiya üçün isə 180 min dollardır.
Qarşısında "Transformers" aləmində "Decepticon"ların işarəsini xatırladan bir loqo yerləşən TIR, ənənəvi dizel mühərrikli yük maşınılara müqayisədə daha aşağı xərc vəd verir.
İldə 940 min ədəd istehsal edilən TIR sektorunda yer almağa çalışan Semler, "Bloomberg"ə verdiyi açıqlamada "Hər kəs bir Transformers istehsal etdiyimizi zənn edir" dediyi şirkətini öz cibindən maliyyələşdirib. Ancaq şirkətə nə qədər pul xərclədiyini açıqlamır. Semler-ın "Boeing", elektrikli avtomobil istehsalçısı "Faraday & Future" və Çin nəhəngi "BYD Auto"dan transfer olan 17 nəfərlik mühəndis briqadası, hələlik modifikasiya yönümlü çalışır. Yəni mövcud dizel mühərriklər çıxarılıb, yerinə elektrikli mühərriklər montaj edilir. Ancaq "Thor Trucks" da Tesla kimi öz batareyalarını istehsal etmək üçün araşdırmalara başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)






