Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Anbarlarda yığılan suyun həcmini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Anbarlarda yığılan suyun həcmini açıqladı

"Suvarma mövsümünün əvvəlinə respublikanın su anbarlarında 15,6 mlrd. kubmetr su yığılıb ki, bu da kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasına şərait yaradıb".


Bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.

Reklam_3_11


Onun sözlərinə görə, bunun nəticəsində respublikada bu ilin oktyabrın 1-nə bütün kənd təsərrüfatı bitkiləri 1 mln. 437 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb: "O cümlədən, taxıl 544 691 hektarda 2,3 dəfə, pambıq 136 104 hektarda 3,1 dəfə, tütün 2914 hektarda 4,5 dəfə, yem bitkiləri 423 053 hektarda 3,6 dəfə, bostan-tərəvəz 67 408 hektarda 5,3 dəfə, çoxillik əkmələr 105 157 hektarda 3,3 dəfə və həyətyanı sahələr 157725 hektarda 4,6 dəfə suvarılıb".

 

O bildirib ki, çay məcralarında 10,9 mln. kubmetr həcmində məcratəmizləmə işləri aparılıb: "6714 kubmetr şax-daş və faşın bəndlər quraşdırılıb, daş-beton bəndlərdə 13,9 min kubmetr həcmində təmir işləri görülüb. Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə aparılan təmir və bərpa işləri əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasına şərait yaradıb".

 

© APA

22.12.2017 07:48
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19