“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 50% artıb
“Azərbaycan Sənaye Bankı” ASC 2016-cı ili 3 milyon 833 min manat xalis mənfəət ilə başa vurub. Bu 2015-ci illə müqayisədə 1 milyon 277 min manat və ya 50% çoxdur.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 26 milyon 606 min manat (2015-də 24,9 milyon manat), faiz və qeyri-faiz xərcləri 18 milyon 260 min manat təşkil edib və Bank 8 milyon 345 min manat xalis əməliyyat mənfəəti əldə edib. Xalis əməliyyat mənfəətinin 3 milyon 589 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb və 922 min manat mənfəət vergisi ödənilib. Nəticədə Bank ili 3 milyon 833 min manat xalis mənfəət ilə başa vurub.
AKTİV, ÖHDƏLİK VƏ KAPİTALI ARTIB
31 Dekabr 2016-cı il tarixinə “Azərbaycan Sənaye Bankı”nın cəmi aktivləri 787 milyon 179.20 min manat, cəmi öhdəlikləri 702 milyon 525 min manat, cəmi kapitalı isə 84 milyon 653.57 min manat təşkil edib. Bank 2015-ci ilin sonunda 690 milyon 399 min manat cəmi aktivlərə, 612 milyon 148 min manat cəmi öhdəliklərə, 78 milyon 250 min manat cəmi kapitala malik idi.
“Azərbaycan Sənaye Bankı”nın cəmi kredit portfelinin (297 milyon 418.9 min manat) cəmi 7 milyon 852 min manatının və ya 2.64%-nin ödəmə vaxtı keçib.
“Azərbaycan Sənaye Bankı”nın maliyyə hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























