İslandiya şirkəti Azərbaycanın maliyyə bazarına buraxılmadı
Vergilər Nazirliyi İslandiyanın “Creditinfo” şirkətinin iştirakı ilə yaradılmalı olan ölkənin ilk kredit bürosunu dövlət qeydiyyatına almaqdan imtina edib.
Bu barədə maliyyə bazarındakı mənbə bildirib.
Xatırladaq ki, “Creditinfo-Azerbaijan” adlı şirkətin 4,6 milyon manat (təxminən 2,3 milyon avro) məbləğində nizamnamə kapitalı ilə fəaliyyətə başlaması nəzərdə tutulurdu. Bu məbləğin 51%-ni İslandiya tərəfi, 49%-ni isə Azərbaycanın 19 bankı, "TBC Kredit" bank olmayan kredit təşkilatı və "PAŞA Sığorta" şirkəti təmin etməli idi.
Mənbənin məlumatına görə, nazirlik qeydiyyatdan imtinaya rəsmi səbəb kimi təsis sənədlərində olan çatışmazlıqları göstərib. Qeydiyyat məsələsi ləngidiyi üçün yerli təsisçilərdən 8 bank - "Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitə Bank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” özləri ayrıca kredit bürosu yaratmağa qərar veriblər. Təşəbbüs qrupunun dekabrın 20-də keçirilmiş iclasında "Azərbaycan Kredit Bürosu" şirkətinin yaradılması qərara alınıb.
Bununla belə, "Creditinfo"nun Azərbaycanın maliyyə bazarına buraxılmaması ilə bağlı qeyri-rəsmi səbəblər də göstərilir. Bunlardan biri odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası İslandiya şirkətinin büronun nizamnamə kapitalında 51%-lik paya malik olmasını istəməyib. Yəni, xarici təsisçinin büroda əsas söz sahibi olmasına ilkin mərhələdə razılıq verilsə də, sonradan fikir dəyişib. Baxmayaraq ki, yerli təsisçilər "Creditinfo"nun bu sahədə zəngin təcrübəyə malik olduğunu nəzərə alaraq, onun əsas səhmdar olmasında maraqlı olublar. Digər səbəb kimi isə, İslandiya şirkətinin gələcəkdə ölkədən hansısa məlumatları xaricə ötürməsi ehtimalı göstərilir. Yəni, informasiya təhlükəsizliyi nəzərə alınaraq “Creditinfo-Azerbaijan” layihəsinin hələ ki, dondurulmasına qərar verilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
43 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
4 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















