Apple iPhone-ları yavaşlatdığı üçün üzr istəyib
Batareyası köhələn iPhone-ları xəbər vermədən yavaşlatdığı üçün istehlakçıların üsyanı və ittihamlar ilə qarşı-qarşıya qalan Apple, üzr istəyib.
"Marja" xəbər verir ki, batareyanın dəyişdirlməsi qiymətlərində endirimə gedəcəyini açıqlayan şirkət, batareya vəziyyətinin yaxşı olub olmadığını da proqramla göstərəcək.
Veb saytından verdiyi bəyanatla batareya məsələsini pis idarə etdiyini qəbul edən texnologiya nəhəngi, "müştərilərinin sədaqətini dərk etmək və Apple-ın niyyətinin pis olduğunu düşünən hər kəsin etimadını yenidən qazanmaq üçün" bir sıra dəyişiklik edəcəyini söyləyib.
Qısa müddət öncə yeni telefonu iPhone X-u satışa təqdim edən şirkət, ABŞ üçün iPhone 6 və sonrakı modellərin batareya dəyişiklik qiymətini 70 dollardan 29 dollara endirəcəyini bildirib.
Apple, eləcə də iOS əməliyyat sistemini də iPhone batareyasının "sağlamlıq" vəziyyətini göstərəcək şəkildə yeniləyəcək. Beləcə istifadəçilər batareyanın telefona necə təsir etdiyini görə biləcəklər.
Açıqlamada "Bəzilərinizin Apple-ın sizi yarı yolda qoyduğunu düşündüyünüzü bilirik. Üzr istəyərik", - ifadəsi diqqət çəkib.
Bu ayın əvvəlində internetdə dərc olunan testlərdən sonra, Apple, 20 Dekabrda batareya problemləri olan telefonların performasını proqram təminatı ilə aşağı saldığını qəbul etmişdi. İstifadəçilərə xəbər vermədən edilən bu dəyişiklik isə böyük bir qəzəb dalğasının yaranmasına səbəb oldu. Bir çox adam Apple-ın bu xəbərsiz dəyişikliyini insanları yeni iPhone satın alması üçün etdiyini düşündü.
Hazırda şirkət məsələ ilə əlaqədar açılmış 8 cinayət işi ilə də üz-üzədir. İddiaçılardan biri 1 trilyon dollar tələb edilir. Şirkətin dəyərinin isə 2018-ci ildə 1 trilyon dollara çatacağı gözlənildiyi düşünülsə, işlərin ölçüləri də başa düşülə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 36 d. əvvəl
-
-
44 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
56 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)












.jpg)




