Neft Fondu yeni müqaviləyə əsasən ilk bonusu əldə edəcək - TARİX
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2050-ci ilə qədər Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi üzrə yeni müqaviləyə əsasən ilk bonusu 2018-ci il yanvarın 31-də əldə edəcək.
“İnterfax” agentliyi xəbər verir ki, yeni müqavilənin şərtlərinə görə, 2018-2025-ci illərdə ARDNF hər il 450 mln. dollar və ya 774 mln. manat olmaqla ümumilikdə bonus şəklində 3,6 mlrd. dollar əldə edəcək.
Qeyd edək ki, Azəri, Çıraq və dərinsulu Günəşli yataqlar blokunun işlənməsin dair müqavilə 1994-cü il 20 sentyabr tarixində imzalanıb və həmin ilin 12 dekabrında qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə yekunlaşmalı idi. 2017-ci ilin 14 sentyabrında Azərbaycan hökuməti və tərəfdaşlar arasında Azəri, Çıraq və dərinsulu Günəşli üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzalanıb.
Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP - 30,37%; AzACG (SOCAR) - 25%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65%, "ONGC Videsh Limited" (OVL) - 2,31%.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























