Ən çox əməkhaqqı kartları artıb
Azərbaycanda ödəniş kartları əməkhaqqı kartlarının hesabına artıb.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 2017-ci ilin 11 ayının sonunda cəmi ödəniş kartlarının sayı 5 milyon 772 min ədəd təşkil edib. 2016-cı ilin sonu ilə müqayisədə cəmi ödəniş kartlarının sayı 438 min ədəd artıb.
Artımın 299 min ədədi əməkhaqqı kartlarının hesabına baş verib. Belə ki, 2016-cı ilin sonunda 1 milyon 521 min ədəd olan əməkhaqqı kartları ötən ilin noyabr ayının sonunda 1 milyon 820 min ədədə çatıb.
Digər debet kartlarının sayı 2016-cı ilin sonundakı 630 min ədəddən 804 min ədədə qalxıb (174 min ədəd artım), sosial kartların sayı 2 milyon 552 min ədəddən 2 milyon 527 min ədədə, kredit kartlarının sayı isə 631 min ədəddən 620 min ədədə düşüb.
Qeyd edək ki, ötən ilin iyun ayında kredit kartlarının sayı 562 min ədədədək düşmüşdü. İyuldan başlayaraq kredit kartları yenidən artır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
8 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















