Vergilər, tikinti şirkətinin torpaq sahəsini hərraca çıxarmaya bilər
Vergilər Nazirliyi "Uğur-97" tikinti şirkətinə məxsus 2.6 hektar torpaq sahəsini 200 min manat məbləğində vergi borcuna görə hərraca çıxarıb Ancaq hərrac keçirilməyə bilər.
"Uğur-97" şirkətindən bildirilib ki, borc tam ödənilib və ödənişlərin bank çıxarışları Binəqədi Rayon Məhkəmə icraçıları şöbəsinə təqdim edilib. Hərracın 17 fevral tarixində keçirilməsi planlaşdırılır. Bakı şəhəri Binəqədi rayonunda yerləşən torpaq sahəsi vergi borcunun məbləğinə görə 200 min manat qiymətləndirilib.
"Uğur-97" firmasının baş mühasibi Sevinc Rəhimovanın sözlərinə görə, borc 2015-ci ildə formalaşıb. "Bu borc üzrə məhkəmə qərarını icra etmək üçün şirkət 2017-ci ilin oktyabrından etibarən vergi öhdəliklərini yerinə yetirməyə başlayıb və artıq dövlət büdcəsinə borc qalmayıb", - deyə şirkətin nümayəndəsi bildirib.
"Uğur-97" tikinti şirkəti 1997-ci ildə yaradılıb. 1998-ci ildən başlayaraq, şirkət aktiv olaraq Bakı şəhərinin inşaat biznesinə qoşulub.
© Turan
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























