AİBA Azərbaycan şirkətinə olan 10 milyon dollar borcu 2021-ci ildən qaytarmağa başlayacaq
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) Azərbaycan şirkətindən aldığı 10 milyon dollar kreditin ödənişinə 2021-ci ildən başlanılacaq.
Bu barədə Azərbaycan Boks Federasiyasının (ABF) baş katibi Nağı Səfərov məlumat verib.
Onun sözlərinə görə, "Benkons" şirkətinin 7 il əvvəl AİBA-ya verdiyi kreditin qaytarılması tərəflər arasında bugünlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ali boks qurumunun Növbədənkənar Konqresində əldə olunmuş razılaşmaya əsasən gerçəkləşəcək.
N.Səfərov bildirib ki, qurumun əvvəlki prezidenti Çinq-Kuo Vu AİBA adından aldığı pulu qaytarmaq istəmirmiş:
"Doktor Vu kredit müqaviləsinə atdığı imzasını danırdı. Nəticədə məhkəmə vasitəsilə sübut olundu ki, imza onundur və bu vəsait geri qayıtmalıdır. 2016-cı ildə Meksikanın Monterrey şəhərində keçirilmiş Konqresdə Vu heç kimin qarşısında maliyyə öhdəliyinin olmadığını söyləmişdi. Bir neçə milli federasiya ona mətbuatda yazılanlarla bağlı fikrini öyrənmək üçün müraciət etmişdi. Lakin onlara cavab verilmişdi ki, hər şey qaydasındadır. Beynəlxalq audit şirkətinin rəy verməməsindən sonra məsələ ciddi şəkildə qaldırıldı. 2017-ci ilin iyulunda Rusiyanın paytaxtı Moskvada keçirilmiş AİBA İcraiyyə Komitəsinin iclasında məsələ qalxdı ki, Vu baş verənlərlə bağlı boks ictimaiyyətini məlumatlandırmalıdır. Nəticədə onun hamını aldatdığı məlum oldu. Dubaydakı Növbədənkənar Konqresdə isə bütün hesabatlar dinlənildikdən sonra ümumi fikir bu oldu ki, Vu düzgün addım atmayıb. Gündəmdəki digər məsələ onun AİBA-nın fəxri prezidenti elan olunması idi. Lakin Konqres iştirakçılarının hamısı bunun əleyhinə səs verdilər. Nəticədə Vu qurumdakı bütün vəzifələrindən kənarlaşdırıldı".
Səfərov boksun Yay Olimpiya Oyunlarının proqramından çıxarılma ehtimallarına da münasibət bildirib: "Çoxdandır Beynəlxalq Olimpiya Komitəsindən məktublar gəlir ki, maliyyə və digər məsələlərə diqqət yetirin. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında boks yarışlarında necə biabırçılığın baş verdiyini hamı gördü. Bu sahədə islahatların aparılması tələb olunur. Gələn il Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasının gündəliyindəki məsələlərdən biri boksla bağlı olacaq".
Qeyd edək ki, AİBA-nın müvəqqəti prezidenti vəzifəsinə özbəkistanlı Qafur Rəhimov seçilib.
© Report
Müştərilərin xəbərləri
Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
8 saat sonra
Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu
-
1 gün əvvəl
4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir!
-
1 gün əvvəl
Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
- 1 gün əvvəl
-
1 gün əvvəl
53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
Bakı metrosunda NFC ödənişlərə başlanılıb
"PAŞA Həyat"da yeni təyinat
“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu
Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
Avrozonada inflyasiya hədəfə yaxınlaşıb











.jpg)







.jpg)



