Beynəlxalq Bank təzə investor üçün gücləndirilir - 806 MİLYONLUQ MƏNFƏƏT....
Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankı 2017-ci il 806 milyon manat xalis mənfəət ilə başa vurub.
"Marja" xəbər verir ki, ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov, beynəlxalq hesabatda xalis mənfəətin azalacağını bildirib:
"Bir məsələni aydınlaşdırım: bizim hesabatımızda göstərdiyimiz mənfəətimiz, əslində, yerli standartlar əsasında formalaşıb. İndi beynəlxalq standartlar əsasında hesabatımızın hazırlanmasına başlanıb. Ola bilsin ki, beynəlxalq hesabatda mənfəətin bir hissəsi gəlir və xərc vasitəsilə deyil, əlavə olunmuş kapital kimi qəbul ediləcək.
Yəni, bizim daxili hesabatlılıq standartları əsasında elan etdiyimiz mənfəət, əslində, bankın kapitallaşdırılması üçün nəzərdə tutulan hərəkətlərin: dövlət tərəfindən dəstəyin (toksik aktivlərin ötürülməsinin, xarici öhdəliklərin restrukturizasiyasının), bankın əməliyyat fəaliyyətinin - çünki bankın kifayət qədər yaxşı, sağlam biznesi də var ki, müəyyən gəlirlər gətirir – bankın kapitallaşması üçün edilən addımların nəticəsidir".
Xalid Əhədov əlavə edib ki, builki mənfəət bankın tələb olunan kapitala malik olması, özəlləşdirməyə hazırlığı üçün atılan addımlar əsasında formalaşıb: "Bildiyiniz kimi, özəlləşdirmə zamanı investorları cəlb edən amillərdən biri də özəlləşdirmə obyekti olan bankın nə dərəcədə güclü kapital mövqeyinin olmasıdır. Çünki təzə investor gələndə nələrə fikir verir? Fikirləşir ki, müəyyən oturuşmuş, rəqabətli bazardır, mən burada hansısa hərəkətlər etməliyəm. Daha çox risk götürməliyəmmi, yaxud şəbəkəni genişləndirməliyəmmi və ya investisiyalar etməliyəm?! Ona görə də, özəlləşdirməyə gedən bankın kapital mövqeyi güclü olmalıdır ki, investorları cəlb eləsin. Hökumətin apardığı tədbirlər çərçivəsində bankın güclü kapital mövqeyi həm bir növ özəlləşdirmə ərəfəsindəki məsələlər üçündür, həm də əvvəlki illərdə bankın külli-miqdarda itirdiyi kapital mövqeyinin bərpasına xidmət edir.
"BANKIN KEÇMİŞ PROBLEMLƏRİNİ ARADAN QALDIRMIŞIQ"
Xalid Əhədov bildirib ki, Bankın keçmişin prolemləri aradan qaldırılıb.
Gələcək üçün əsas məsələ, bankın uzunmüddətli, davamlı biznes modelinin qurulmasıdır. Hazırda onun üzərində çalışırıq. İkinci “ev tapşırığımız” da budur. Yaxın üç il üzrə bankın biznes strategiyası üzərində işləyirik.
İnvestorlar bankın özəlləşdirilməsi məsələsini investisiya komitəsində müzakirə edəndə, onların içərisində həm bu aktivi almaqda maraqlı olan, həm də riskləri nəzərə alaraq buna qarşı çıxanlar olur. Almağın tərəfdarı olan qruplar bildirir ki, bankın güclü biznes strategiyası var, bu strategiyanı dünyada tanınan şirkət yazıb, təsdiqləyib, makroiqtisadi durumla bağlı proqnozlar belədir, Beynəlxalq Valyuta Fondu və digər qurumlar vəziyyəti belə görür və s. Bu durumda biz də bankın menecmenti olaraq öz “ev tapşırıqlarımızı” yerinə yetirməklə məşğuluq.
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
7 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
11 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq



















