Kapital Bank-ın yeni Bravo-2 filialı istifadəyə verildi
Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni Bravo-2 filialını istifadəyə verdi. Yeni konsepsiya əsasında təqdim edilən filial Bakı şəhəri, Tbilisi prospekti, 3007-ci məhəllədəki Bravo hiper marketdə (20 Yanvar metrosunun yaxınlığında) fəaliyyət göstərir.
Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Kapital Bank-ın yeni konsepsiya əsasında təqdim edilən Bravo-2 filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Bravo-2 filialının açılışı ilə Kapital Bank 100-cü xidmət nöqtəsini istifadəyə verdi.
Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari ildə Bakı və regionlarda bir sıra filialların əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır. Buna misal olaraq ötən ay Kapital Bank-ın Füzuli filialının yeni ofisinin açılışını qeyd etmək olar. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 93 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
13 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















