“Hələ ki, "Rabitəbank"a nəzarət bizdə qalacaqdır”
“Rabitəbank”ın qarşısına qoyduğu hədəf nizamnamə kapitalının 100 milyon manatın üzərinə çıxarılması idi. Artıq bu istiqamətdə sonuncu emissiya həyata keçirilib və nizamanmə kapitalı 101 milyon manata çatacaqdır”.
“Marja” xəbər verir ki, bunu jurnalistlərə Bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev bildirib.
Bankın rəhbəri nizamnamə kapitalının kəskin artırılmasının səbəblərini də açıqlayıb:
“Palata tərəfindən bir müştəriyə verilən kredit həcmində məhdudiyyətlər mövcuddur. Bir müştəriyə verilən kreditin həcmi 1-ci dərəcəli kapitalın məbləğindən asılıdır. Bir sıra korporativ müştərilərimiz bizdən daha iri həcmli kreditlər tələb edirlər. Bankımız bu kreditləri vermək üçün kapitalını artırmalıdır. Həmçinin Palata kapitalın adekvatlıq göstəricisinin yüksəldilməsi üzrə 2018-2019-cu illərdə qərarlar verməyi planlaşdırır. Biz bu tədbirlərə öncədən hazırlaşırıq”.
Zakir Nuriyev qeyd edib ki, kapitalın artırılmasından sonra səhmdarların pay bölgüsü dəyişəcəkdir:
“Yeni kapital artırımdan sonra, hələ ki, mənim payım və dollayı şəxslərin payı ilə banka nəzarət bizdə qalacaqdır”.
Bununla yanaşı Z.Nuriyev qeyd edib ki, Bankın İdarə Heyətində yeni sədr müavinləri və baş direktor vəzifələri yaradılıb.
Onun sözlərinə görə, “Rabitəbank” kreditləşmənin məbləğini təxminən 2 dəfə artırmaq niyyətindədir və həmin struktur dəyişiklikləri buna hesablanıb.
Hazırda "Rabitəbank"ın səhmlərinin 22,5%-i Rauf Zeynal oğlu Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 22,2%-i Validə Maarif qızı Abasovaya, qalan 43,7%-i isə Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyevə (Müşahidə Şurasının üzvü), Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyevaya, Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta"nın 15%-lik səhmdarı), eləcə də digər fiziki şəxslərə məxsusdur.
RABİTƏBANK ADINDAN İMTİNA OLUNACAQ
Zakir Nuriyev bildirib ki, "Rabitəbank" rebrendinqə hazırlaşır. Bankın adının dəyişdirilməsi 2018 -ci ildə həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
13 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















