ABŞ-da neft istehsalı yeni rekord səviyyədə!
ABŞ-ın gündəlik xam neft istehsalı keçən həftə yenə də artıb. Ölkədə xam neft hasilatı 5 həftədir yüksəlir.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) açıqladığı məlumatlarına görə, ölkənin xam neft istehsalı 3-9 Fevral tarixlərində, bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 20 min barel artımla 10,27 milyon barelə yüksəlib. Hasilat ardıcıl 5 həftə artım qeyd edib.
"Marja" xəbər verir ki, bu nəticə ilə, bir əvvəlki həftə ölkə tarixindəki ən yüksək səviyyəyə qalxan ABŞ-ın xam neft istehsalı yeni bir rekord qırıb. ABŞ-ın ən yüksək xam neft istehsal miqdarı sonuncu dəfə 1970-ci ilin Noyabr ayında gündəlik orta hesabla 10,04 milyon barrel olmuşdu.
EIA-nın fevral ayı hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 10,6 milyon barrelə yüksəlməsi, gələn il də 11,2 milyon barrelə çatması nəzərdə tutulur.
NEFTBAZALARDA XAM NEFT EHTİYATLARI ARTIB
EIA həmçinin, ABŞ-ın kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının 3-9 Fevral dövründə 1,8 milyon barel (0,4 faiz) artaraq 422,1 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 2,8 milyon barrel artacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 1,9 milyon barel artım qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə 400 min (0,1 faiz) barel artaraq 665,6 milyon barelə yüksəlib.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə 3,6 milyon barel (1,5 faiz) artımla 249,1 milyon barel olub. Benzin ehtiyatlarına dair bazar gözləntisi də 1,2 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,4 milyon barrel artmışdı.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Bundan başqa, sözügedən dövrdə ABŞ-ın xam neft ixracı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 35 min barrel artaraq 1,32 milyon barrelə, xam neft idxalı isə gündəlik orta hesabla 4 min barrel azalma ilə 7,89 milyon barrelə enib.
ABŞ-ın kommersiya xam neft ehtiyatlarının proqnozdan aşağı artım göstərməsi və Dolların yenidən ucuzlaşması ilə əlaqədar olaraq neft qiymətləri yenidən yüksəlişə keçib.
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Brent növü neftin qiyməti 64,95 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli neftinin qiyməti 61,36 dollara qədər yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
11 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
11 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)















.jpg)