Mərkəzi Bank noutbuk və smartfon udmağa dəvət edir
Azərbaycan gənclərinin cəmiyyətin sosial-iqtisadi inkişafında rolunu artırmaq, onların maarifləndirilməsini təmin etmək, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi” prioritetini əsas tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə yaradıcılıq müsabiqəsini elan edir.
Müsabiqənin məqsədi müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə gənclərin diqqətini yönləndirərək müsabiqə mövzusuna uyğun məzmun hazırlamaq və paylaşmaqla onların maarifləndirilməsini təmin etməkdir. Müsabiqəyə təqdim olunmuş və qalib olaraq seçilmiş ən yaxşı işlərin müəllifləri sertifikat və müxtəlif hədiyyələrlə (1-ci yer: noutbuk; 2-ci yer: planşet; 3-cü yer: smartfon) mükafatlandırılacaq.
Müsabiqədə ali təhsil müəssisələri, bank-maliyyə təşkilatları, QHT-lər və digər qurumlardan yaşı 18-25 arasında olan gənclər iştirak edə bilərlər. Hazırlanmış məzmunun sonunda “Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə müsabiqəsinə təqdim olunur” qeydi verilməlidir. Müsabiqəyə işlər 16 fevral 2018-ci il tarixindən qəbul olunur. İşlərin son qəbul günü 12 mart 2018-ci il, saat 18:00-dur.
Daha ətraflı məlumatı Mərkəzi Bankın rəsmi internet səhifəsindən (www.cbar.az), Maliyyə Savadlılığı Portalından (www.bizimpullar.az) və Maliyyə Savadlılığının Facebook səhifəsindən (@bizimpullar) əldə etmək mümkündür. Əlaqə üçün: [email protected], (012) 493-11-22 (dax.161).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat sonra
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


























.jpg)

