Sahibkarlığa Kömək Milli Fondu pulunu növbədənkənar ala bilməyəcək
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi ilə "Bank Standard"ın ləğvi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, iclasda Bankın ləğv planı təsdiq edilməli olsa da, artıq 4-cü dəfə planda qüsurların olduğu üzə çıxıb və sənəd təsdiq olunmayıb. Bu məsələ ilə bağlı növbəti məhkəmə iclası martın 15-də keçiriləcək.
"İclasda baş verən mühüm hadisə isə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 20,3 milyon manat məbləğində tələbinin növbədənkənar qaydada qaytarılmasına etirazı oldu. Məlum olduğu kimi, rəhbərlik etdiyim Kreditorlar Komitəsi dəfələrlə bu məsələyə kəskin etiraz edib, onun qanunsuz olduğunu vurğulayıb. O cümlədən iqtisadiyyat nazirinə iki dəfə müraciət etmişik ki, qanunsuz niyyətindən əl çəksin, amma nazirlik israrla cavab verib ki, pulunu hamıdan qabaq götürəcək. Nəhayət, Palata bu məsələyə münasibətini bildirdi: SKMF də digər kreditorlarla bərabər hüquqlara malikdir, heç kəsdən üstün deyil.MBNP-nin nümayəndəsi iclasda bildirdi ki, SKMF-ə eyni yanaşma digər müflis banklarda da olacaq. Ədalətli mövqeyinə görə Palataya minnətdarlığımı bildirir və bundan sonra da müflis bankların ləğvi prosesində kreditorların hamısının marağını müdafiə edəcəyinə ümid edirəm!", - deyə o, qeyd edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 13 d. əvvəl
- 14 d. əvvəl
-
44 d. əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
58 d. əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yağış yağacaq
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq




















