Özəl sektorun ixracda payı cüzidir
2018-ci ilin Yanvar-Fevral aylarında Azərbaycanın 2 milyard 210 milyon dollarlıq ixracının 2 milyard 31 milyon dolları və ya 92%-i dövlət sektorunun, 173 milyon dolları və ya 7,8%-i özəl sektorun, 6,4 miyon dolları fiziki şəxslərin payına düşüb.
"Marja" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2017-ci ilin ilk 2 ayı ərzində 1 milyard 654 milyon dollarlıq ixracın 1 milyard 467 milyon dolları dövlət sektorunun, 161 milyon 720 min dolları özəl sektorun, 23 milyon 595 min manatı fiziki şəxslərin payına düşmüşdü.
Dövlət şikətləri neft, neft məhsulları, qaz və elektrik enerjisi ixrac edir.
Xəbər verdiyimiz kimi, 2018-ci ilin Yanvar-Feval aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 3 milyard 661 milyon 979 min ABŞ dolları təşkil edib.
İdxal əməliyyatları 1 milyard 451 milyon 527 min ABŞ dolları, ixrac əməliyyatları 2 milyard 210 milyon 452 min ABŞ dolları təşkil edib. İxrac rəqəmində hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmışdır.
Fevralda saldo müsbət 409 milyon 344.38 min dollar, Yanvar -Fevral ayları üzrə isə müsbət 758 milyon 924 min dollar təşkil edib.
İdxal Yanvarda 689 milyon 127 min dollar, Fevralda isə 762 milyon 400 min dollar təşkil edib.
İxrac Yanvrda 1 milyard 38 milyon 707 min dollar, Fevralda isə 1 milyard 171 milyon 744 min dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
3 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
-
- 11 d. əvvəl
- 13 d. əvvəl
- 22 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Fevralın 11-də gözlənilən hava şəraiti






























