Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neftçalada avomobil zavodu İran prezidentinin iştirakı ilə açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftçalada avomobil zavodu İran prezidentinin iştirakı ilə açılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari ilin aprel ayında Neftçala sənaye zonasında yerləşən avtomobil zavodunda avtomobil istehsalına start veriləcək.

 

Reklam_3_11

Bu barədə "AzerMash" şirkətinin qurucusu Emin Axundov məlumat verib. Onun sözlərinə görə, zavodun açılışı martın sonunda baş tutmalıdır. O qeyd edib ki, açılış mərasimində martın 28-də Azərbaycana səfəri planlaşdırılan İran prezidenti Həsən Ruhaninin iştirak edəcəyi gözlənilir.

 

Müəssisədə Dena, Rana, Soren, Samand markalı avtomobillərin, həmçinin Peugeot avtomobilin bir sıra modellərinin istehsal edilməsi nəzərdə tutulub. Zavodun illik istehsal gücü 10 min avtomobil təşkil edəcək. Gələcəkdə avtomobillərin Ukraynaya, Rusiyaya və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır.

 

Emin Axundov əlavə edib ki, hal-hazırda zavodda ehtiyat hissələrinin istehsal olunması imkanları müzakirə edilir.

 

Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıb. Layihənin dəyəri ümumi 24 milyon manata bərabər olaraq qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək.

 

© Trend

12.03.2018 05:55
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18