Dropbox birjada satılacaq - ŞƏRTLƏR AÇIQLANDI
Məşhur bulud fayl saxlama və hostinq şirkəti Dropbox-ın səhmləri gələn həftə Nyu-york Birjasında ticarət olunmağa başlanacaq
Dropbox, şirkətin dəyərini 8 milyard dollara qaldıracaq səhmlərinin ilkin kütləvi təklifi (İPO) şərtlərini açıqlayıb.
"Marja" xəbər verir ki, şirkət gələn həftə Nyu-York Birjasına daxil olacaq.
İPO ilə şirkətin 8 milyard dollar dəyərə çatdıracağı gözlənilir. Bu dəyərin 2014-cü ildə həyata keçirdiyi xüsusi investisiya turunda müəyyən edilmiş 10 milyard dollar qiymətləndirmədən 20 faiz aşağı olduğuna diqqət çəkilir.
Hazırda 6,7 milyard dollar dəyərində olan şirkət, 16 ilə 18 dollar qiymət aralığında 36 milyon səhmini investorlara təqdim edəcək. Aralarında Dropbox-ın qurucuları Drew Hyuston və Arash Ferdowsinin də olduğu investorların 9 milyon səhmi də satışa çıxacaq.
Mütəxəssislər, Dropbox-ın ilkin kütləvi təklifdən 612 milyon dollar qazanacağını güman edir.
Dropbox, İPO ərəfəsində "Salesforce Ventures"dan 100 milyon dollar investisiya aldığını açıqlayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 6 d. əvvəl
-
- 27 d. əvvəl
-
45 d. əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
55 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
























