İcbari sığortada pilot layihə: Adambaşına 114 manat düşdü

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri və Yevlax rayonunun inzibati ərazilərində həyata keçirilən pilot layihənin yekunlarına dair hesabatını açıqlayıb.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, hesabat dövrü ərzində pilot ərazilərdə sığorta olunanların və rəsmi qeydiyyatda olan məcburi köçkünlərin ümumi sayı 256 401 nəfər təşkil edib.
Layihə çərçivəsində 1829 sayda ödənişsiz tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.
Ödənişsiz tibbi xidmətlərlə təmin edilən əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılıb və baza (əsas xidmətlər) zərfi çərçivəsində əhali tərəfindən birbaşa çəkilən xərclər 100 faiz həcmində aradan qaldırılıb.
Pilot ərazilərdə 2016-cı il ilə müqayisədə stasionar qəbul 21 faiz, cərrahi əməliyyatlarının sayı isə 33 faiz artıb. Həyata keçirilən cəmi əməliyyatların sayı 8274 olub. Həyati vacib əməliyyatların sırasında ümumi payı 80 faiz və dəyəri 1.7 milyon manat olmaqla ürək-damar xəstəlikləri üzrə əməliyyatlar əsas yeri tutur. Statistikaya əsasən ürək-damar cərrahiyyəsi üzrə 375 nəfərə 980 tibbi xidmət göstərilib.
Beynəlxalq təcrübənin tətbiqi nəticəsində xəstəxanada yatış müddəti azalıb və xəstənin çarpayıda keçirdiyi günlərin orta sayı optimallaşdırılıb. Belə ki, 2016-cı il ilə müqayisədə Mingəçevir şəhəri ərazisində xəstələrin çarpayıda keçirdiyi günlərin orta sayı 9.5-dən 4.8-ə, Yevlax rayonu ərazisində isə 16.5-dən 7.3-ə enib.
Pilot layihənin həyata keçirildiyi müddətdə xidmətə görə ödəniş mexanizminin əsası qoyulub, işçilərin əmək haqları artırılıb və beynəlxalq təcrübədə geniş vüsət almış adambaşına ödəniş metodu tətbiq edilib.
Pilot layihə müddətində səhiyyə xərclərinin maliyyələşməsinə çəkilən xərclərin təhlili göstərir ki, pilot ərazilərdə adambaşına düşən səhiyyə xərci kapital qoyuluşlar nəzərə alınmaqla 114 manat, böyük kapital qoyuluşlar nəzərə alınmamaqla 93 manat civarında təşkil edir.
2017-ci il ərzində ümumilikdə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 26.2 milyon manat vəsait sərf edilib ki, bunlardan 21 milyon xəstəxanaların, 3 milyon ilkin səhiyyə xidməti üzrə təkmilləşdirilmə işlərinin, 2.2 milyon isə müqaviləli tibb müəssisələrinin payına düşür.
Hesabat dövrü ərzində ilkin səhiyyə xidməti yenidən təşkil olunaraq onun maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilmişdir. Yevlax rayonu inzibati ərazisi üzrə sanitar-epidemioloji tələblərə cavab verən 5 ilkin səhiyyə müəssisəsi (Yevlax şəhəri, Malbinəsi kəndi, Qaramanlı kəndi, Xaldan və Aran qəsəbələrində), Mingəçevir şəhəri üzrə isə 2 ilkin səhiyyə müəssisəsi təşkil olunub. Burada 18 adda tibbi xidmət ailə həkimləri tərəfindən təmin edilir.
Eyni zamanda qeyd edilməlidir ki, icbari tibbi sığortanın maliyyə və hüquqi əsaslarını tənzimləyən normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi icbari tibbi sığortanın 2019-cu ildə ölkə üzrə tətbiqini şərtləndirən ən başlıca amillərdəndir. Bu səbəbdən də təklif olunur ki, Agentlik tərəfindən hazırlanmış yeni “İcbari tibbi sığorta haqqında” qanun layihəsi və digər aidiyyəti normativ hüquqi aktların layihələri müvafiq orqanlarla razılaşdırılmaqla qısa zamanda Milli Məclisinə təqdim edilsin.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 1 gün sonra
-
- 23 saat sonra
- 13 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
18 saat əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
18 saat əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
18 saat əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
19 saat əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
Ən çox oxunanlar

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
