Bank müştərilərindən bu gündən etibarən vergilər tutulacaq
01 yanvar 2017-ci il tarixdən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər bu gündən etibarən tətbiq olunacaq. Bu barədə "Marja"ya AtaBank-dan bildirilib.
Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə əlaqədar “AtaBank” ASC-nin müştərilərinin bank fəaliyyəti ilə bağlı əməliyyatlarından tutulacaq vergilər barəsində məlumat aşağıdakı linkdə yerləşdirilmişdir.
Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə (Bank fəaliyyəti ilə bağlı) tanış olmaq üçün bu linkə keçin.
Bank fəaliyyəti ilə əlaqədar Vergi Məcəlləsinə aşağıdakı əlavə və dəyişikliklər edilmişdir (yeni əlavə və dəyişikliklər 01 yanvar 2017-ci il tarixindən etibarən tətbiq ediləcəkdir)
1. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən Bank həmin rezidentdən köçürülən məbləğin 10% miqdarında ödəmə mənbəyində vergi tutur. (Vergi Məcəlləsi 125.1-1.)
2. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesabındakı pul vəsaitinin nağd qaydada verilməsini həyata keçirərkən, Bank ödəmə mənbəyindən vergini tutmağa borcludur. (verginin dərəcəsi 1%) (Vergi Məcəlləsi 150.3-3)
3. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan Bank tərəfindən hesablanan ƏDV (18%) alıcının vəsaiti hesabına büdcəyə ödənilir. (Vergi Məcəlləsi 169.3) Vergi orqanlarında uçotda olmayan şəxs- hüquqi şəxslər və fərdi sahibkarlar istisna olmaqla, digər şəxslər.
4. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu Bank ödəmə mənbəyindən 10% vergini tutmağa borcludur. (Vergi Məcəlləsi 150.1.11)
5. 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azaddır. (Vergi Məcəlləsi 102.122)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 36 d. əvvəl
- 48 d. əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 13 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb


















