“Yanvar-Fevral aylarında narahat idik”
“Vayuta hərraclarında bankların tələbləri bir sent də olsun ödənilməmiş qalmır”.
“Marja”nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Sədr qeyd edib ki, xarici valyutaya tələb mövsümi olaraq bir qədər arta bilir, buna baxmayaraq tələbin ödənilməsində heç bir problem yoxdur:
“Valyutanın alınmasında çətinlik yoxdur. Biz mütəmadi olaraq bankların valyuta məzənnələrini müşahidə edirik. Əvvəllər banklardakı məzənnə rəsmi məzənnədən 0,2% - 03% aşağı idi. Bu gün isə 0.2%-0.25% rəsmi məzənnədən yuxarıdır. Bu normaldır. Yadınızdadır biz üzən məzənnəyə keçidi elan edən zaman +-4% var idi. Bu gün isə söhbət 0,2%-dən gedir. Mən hesab edirəm ki, tələb mövsümi olaraq artır, banklar nağd valyutaya təlabatın yüksəldiyini görürlər. Təbii ki, banklar da bu əməliyyatlardan müəyyən qazanc güdürlər. Bir daha deyirəm, hərraclarda bankların tələbi tam ödənilir. Hətta təlabatın bir qədər artması bizim üçün normaldır. Çünki Neft Fondundan trasfertlər artsın və büdcə vəsait əldə etsin. Yanvar-Fevral aylarında Neft Fondundan büdcəyə trasfertlərin tam şəkildə reallaşmaması bizi və iqtisadi qurumları narahat edirdi. Bu gün belə narahatçılq yoxdur, çünki tam şəkildə bazarda olan tələbi ödəyirik və bunun vasitəsilə büdcə ödənişlərinin fasiləsizliyini təmin edirik”.
“MANATIN UCUZLAŞMASINA ƏSAS YOXDUR”
Elman Rüstəmov, “Biz milli valyutanın dəyərdən düşməsi üçün heç bir fundamental amil görmürük” - deyərək sözlərinə belə davam edib:
“Tədiyyə balansı müsbət zonadıdar, onun profisiti var. Biz ilin sonuna kimi tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Ölkədə mövcud iqtisadi siyasətləri həyata keçirmək üçün valyuta ehtiyatları ayrılmışdır. Neftin qiyməti ötən ilin müvafiq dövrünə nisbətən 25% yüksəkdir. Belə olan şəraitdə, manatın ucuzlaşacağı barədə proqnozlar nəyə əsaslanır bizə məlum deyil. Ölkədə birinci rübdə həyata keçirilən valyuta hərraclarının əksəriyyətində təklif tələbi üstələmişdir. Belə olan şəraitdə biz Azərbaycanın milli valyutasının ucuzlaşması istiqamətində heç bir fundamental amil görmürük və düşünürük ki, bu baş verməyəcək”.
MARTDA SATIŞ KƏSKİN ARTIB
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin yanvar ayında 299,1 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində isə 364,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Mart ayında vəsait satışı Fevral ayı ilə müqayisədə 1,8 dəfə, Yanvar ayı ilə müqayisədə isə 2,2 dəfə artıb.
2018-ci ilin birinci rübü ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 1 milyard 310,2 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, həftədə 2 dəfə Neft Fondunun iştirakı ilə Mərkəzi Bankda valyuta həracı keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
48 d. əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
54 d. əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
57 d. əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
1 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Ən çox oxunanlar
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır





















