"Azərbaycan bazarında bu qiymətə belə təchizatda avtomobil yoxdur"
Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan, “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin (ASC) və “İran Khodro” şirkətinin birgə yaratdığı “Khazar” Avtomobil Zavodunun fəaliyyətə başlaması ölkəmizin iqtisadi həyatında baş verən əlamətdar hadisələrdən biridir. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani tərəfindən martın 29-da Azərbaycan-İran biznes forumu çərçivəsində açılan zavodun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsusdur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun tikintisinə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək göstərilib, müxtəlif vergi güzəştləri tətbiq edilib. Bu dəstək tədbirləri nəticəsində tikinti işləri zamanı təqribən 5 milyon ABŞ dollarına qənaət olunub. Bu, avtomobillərin daha ucuz başa gəlməsinə, satışa daha münasib qiymətə çıxarılmasına birbaşa təsir göstərir. Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun yaradılması bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafına da təkan verəcək.
“Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov müsahibəsi zamanı müəssisədə istehsal olunan avtomobillərin üstünlüklərindən, gələcək planlardan və perspektivlərdən danışıb.
- Emin müəllim, “Khazar” avtomobil zavodunda Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları, avadanlıq və mexanizmləri əsasında “Runna”, “Samand”, “Soren”, “Dena” markalı avtomobillər yığılır. Gələcəkdə bu sıraya hansı modellər əlavə ediləcək?
- Qeyd etdiyiniz modelləri hələlik iki komplektasiyada yığırıq. Mexaniki ötürücülü bu avtomobillər sadə və lüks seriyalıdır. İlin sonunda isə avtomat ötürücülü modellərin yığılmasını planlaşdırırıq. Bu avtomobillərin mühərrik gücü 1,7 l-dir. Yaxın gələcəkdə zavodda "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modellərinin istehsalı da həyata keçiriləcək.
- Zavodda istehsal olunan avtomobillərin yerli alıcı üçün əsas üstünlüyü nədədir?
- “Khazar” avtomobillərinin başlıca üstünlüyü onun qiyməti və keyfiyyətidir. Hazırda bazara ən ucuz maşınları Rusiya və Çin istehsalçıları çıxarır. Azərbaycanda onların qiyməti 21 min manatdan başlayır. Bizim avtomobillər isə daha ucuz qiymətə - 14-16 min manata təklif olunur və daha geniş komplektasiyaya malikdir. Qeyd edim ki, bu avtomobillər AVRO 5 standartlarına uyğun mühərriklə təchiz olunub, salonu daha geniş və komfortludur, mərkəzi konsolda geniş monitoru var. Bundan başqa, avtomobil şüşə lyük, ABS, multi sükan, yüngül lehimli disklər, ön oturacaqların avtomatik tənzimlənməsi, LED fənərlər, arxa görüntü kamera, park-radar və digər opsiyalarla təchiz olunub. Azərbaycan bazarında bu qiymətə belə təchizata malik avtomobil yoxdur.
- Bu yaxınlarda Neftçala Sənaye Məhəlləsinə mediatur zamanı maraqlı bir məqam diqqətimizi çəkdi. Dediniz ki, yaxın gələcəkdə bu avtomobillərin bəzi hissələrinin Azərbaycanda istehsalını da planlaşdırırsınız...
- Hazırda bu barədə müzakirələr gedir, danışıqlar aparırıq. Nəticə barədə yaxın zamanlarda məlumat verəcəyik. Ümumiyyətlə, “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır və fəaliyyətimizi də bu istiqamətdə qururuq. Qeyd edim ki, Azərbaycan ərazisində ehtiyat hissələri istehsal edildikdən sonra avtomobilin maya dəyəri azalacaq. Bu da öz növbəsində satış qiymətinə təsir göstərəcək. Eyni zamanda, rəqabət qabiliyyəti artacaq və müəssisəmiz avtomobil bazarında öz sinfi üzrə mühüm paya malik olacaq.
- Avtomobillərin ixracı istiqamətində nə kimi iş aparılır?
- Zavodumuzda “Made in Azerbaijan” brendi ilə ildə 10 min avtomobil yığmaq mümkündür. Əlbəttə ki, əsas hədəf daxili bazarda bu sinfə aid olan tələbatı tam ödəməkdir. Perspektivdə xarici bazarlara çıxmağı da planlaşdırırıq. Bu, həm Azərbaycanı avtomobil istehsalçısı kimi tanıtmağa, həm də ölkəmizə əlavə valyuta gətirilməsinə imkan verəcək. Planımıza MDB, Yaxın Şərq və Afrika ölkələrinin bazarlarına çıxmaq daxildir.
- Sifarişlər varmı? Ümumiyyətlə müəssisənin perspektivini necə dəyərləndirirsiniz?
- Zavod yenidir, ilk addımlarını atır. Buna baxmayaraq, artıq ilk sifariş almışıq: İqtisadiyyat Nazirliyi zavoda 10 ədəd avtomobil sifariş verib. Perspektivə gəldikdə, ölkəmizdə qeyri-neft sektorunun daha da inkişafı üçün bu cür müəssisələrə böyük ehtiyac var. Biz dövlətin sahibkarlara yaratdığı əlverişli şəraitdən yararlanaraq “Khazar” Avtomobil Zavodunu qurduq. Məhsullumuz keyfiyyətdə heç də xarici avtomobillərdən geri qalmır, hətta, bir sıra komponentlərinə görə onlardan üstündür. Bu da “Khazar” avtomobillərinin daxili və xarici bazarda əlverişli mövqe tutacağına inam yaradır.
Yeri gəlmişkən, hazırda zavodumuzda 200 nəfər işləyir. Gələcəkdə isə onların sayı 300-ə çatdırılacaq. Zavodumuz ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini vermək əzmindədir. Həm yeni iş yerlərinin yaradılması, həm yerli istehsalın təşkili, həm də ixrac baxımından geniş potensialımız var.
- Müsahibə üçün təşəkkür edirəm.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
-
8 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
8 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
9 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma







.jpg)











.jpg)




