77 kredit təşkilatı ilə müqavilə imzalayıb
Azərbaycanda ilk özəl kredit bürosu, “Azərbaycan Kredit Bürosu” MMC 77 kredit təşkilatı ilə müqavilə imzalayıb.
Büro məlumat mübadiləsi üçün banklarla 30, qeyri-bank kredit təşkilatları ilə isə 47 müqavilə imzalayıb.
Bundan başqa, Büro 21 sığorta şirkəti və 1 təkrar sığorta şirkəti ilə də müqavilə imzalayıb.
Özəl Kredit Bürosu bir kommunal xidmət təşkilatı ilə məlumatların inteqrasiyasını yekunlaşdırıb. Digər iki kommunal şirkət və mobil operatorlarla yekunlaşdırma mərhələsindədir.
Qeyd edək ki, nizamnamə kapitalı 2 mln. manat olan ilk özəl kredit bürosu 2018-ci ilin yanvar ayının 15-də dövlət qeydiyyatına alınıb. Özəl kredit bürosuna bu ilin 31 yanvarında lisenziya verilib. Fevralın 19-da Büro Biznes Planı, Əməliyyat Planı, Strukturu, məlumat mübadiləsi qaydaları və qiymət siyasətini təsdiq edib. Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumatları Özəl Kredit Bürosuna miqrasiya olunub. Martın 6-dan Büro sistemini işə salıb və kredit təşkilatları ilə real vaxt rejimində məlumat mübadiləsinə başlayıb.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən 8 bankın təşəbbüsü ilə ölkədə ilk özəl kredit bürosu - “Azərbaycan Kredit Bürosu” MMC yaradılıb. “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” ASC-nin birgə təşəbbüsü ilə təsis olunan büronun baş direktoru Elçin Həbibov təyin edilib.
Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək.
© APA
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb















.jpg)

