"PAŞA Bank" 2017-ci ili rekord mənfəətlə bağladığını açıqladı

Azərbaycanın iri korporativ bankı olan "PAŞA Bank" ASC 31 dekabr 2017-ci il tarixinə konsolidə edilmiş müstəqil auditorların hesabatını dərc edib.
"Marja" hesabata istinadən xəbər verir ki, "PAŞA Bank" 2017-ci ili 89 milyon 92 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 28,6% çoxdur. Bank 2016-cı ili 69 milyon 288 min manat xalis mənfəət ilə bağlamışdı.
2016-cı ildə PAŞA Bankın cəmi faiz gəlirləri 152 milyon 587 min manat ikən, 2017-ci ildə 227 milyon 937 min manat təşkil edib (75 milyon 350 min manat və ya 49,4% artıb). Bankın qeyri- faiz gəlirləri isə 2016-cı ildəki 82 milyon 3 min manatdan 52 milyon 601 min manata düşüb (29 milyon 402 min manat və ya 55,7% azalıb). Səbəb spredin azalması ilə valyuta əməliyyatlarından gəlirin aşağı düşməsidir.
2016-cı ildə vergidən əvvəl 87 milyon 871 min manat mənfəət əldə etmiş PAŞA Bank, ötən il 112 milyon 790 min manat vergidən əvvəl mənfəət əldə edib. Bu mənfəətdən 23 milyon 698 min manat mənfəət vergisi ödənilib.
Ötən il PAŞA Bank inzibati xərclərini azaldıb.
2016-cı ilin sonunda 3 milyard 289 milyon 845 min manat olmuş PAŞA Bankın cəmi aktivləri 2017-ci ilin sonunda 3 milyard 958 milyon 415 min manata çatıb (668 milyon 570 min manat və ya 20,3% artıb). Müştərilərə verilmiş kreditlər isə 1 milyard 107 milyon 274 min manatdan 1 milyard 350 milyon 668 min manata qalxıb (243 milyon 394 min manat və ya 22% artıb). Qiymətli kağızlara investisiyalar 2016-cı ildəki 173 milyon 329 min manatdan 2017-ci ilin sonunda 405 milyon 530 min manata yüksəlib.
2016-cı ilin sonunda 2 milyard 802 milyon 579 min manat olmuş PAŞA Bankın cəmi öhdəlikləri 2017-ci ilin sonunda 3 milyard 459 milyon 266 min manata qalxıb. Artımın səbəbi Bankda müştərilərin vəsaitlərinin artmasıdır.
Ötən ilin sonunda PAŞA Bank 499 milyon 149 min manat cəmi kapitala malik olub.
"PAŞA Bank" 2015-ci ili 14 milyon 383 min manat xalis mənfəət ilə başa vurmuşdu. 2017-ci ildə əldə edilmiş xalis mənfəət Bankın tarixində ən yüksək qazancdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 9 d. əvvəl
-
- 45 d. əvvəl
- 53 d. əvvəl
-
59 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb
Ən çox oxunanlar

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
