500 restoranını bağlayacaq
Dünyanın ən məşhur fast food şəbəkələrindən biri olan Subway, təxminən 500 restoranını bağlamaq qərarı verib. Subway, keçən il də 800 restoranını bağlamışdı.
"Marja" xəbər verir ki, son 3 ildir ki, xüsusilə ABŞ-da yerləşən restoran sayını mərhələ-mərhələ azaldan Subway, bunun beynəlxalq genişlənmə strategiyasının bir hissəsi olduğunu bildirir.
Subway-ım İcraçı direktoru Suzan Greco, "Restoran sayı hər şey deyil. Əhəmiyyətli olan işi böyütməkdir" deyib.
Subway-ın 60 yaşlı İcraçı direktoru, ən yaxşı ünvanlarda var olmaq istədiklərini bildirərək keçmişdə restoran sayına diqqət yetirdiklərini, amma artıq bazar paylarını gücləndirməyə önəm verdiklərini vurğulayıb.
Əsl imkanın beynəlxalq genişlənməkdə olduğunu bildirən Subway rəhbərləri İngiltərə, Almaniya, Cənubi Koreya, Hindistan, Çin və Meksikada 1000 civarında restoran açacaq.
FAST FOOD SEKTORUNDA RƏQABƏT QIZIŞIR
Dünya üzrə 112 ölkədə 43 min 700 restoranı olan Subway-in bağlayacağı restoranlarından sonra ABŞ-dakı məkan sayı 25 min 908 olacaq. Şirkət, bağlanılan restoranlar ilə yanaşı, bəzi restoranların da yerlərini dəyişəcək.
50 il əvvəl qurulan və müxtəlif buterbrodları ilə tanınan Subway müasir restoran şəbəkələrinin ortaya çıxması və başda McDonald's olmaqla, sektorda rəqabətin artması ilə ABŞ-da satışlarını artırmaqda problem yaşayır. Supermarketlərin də sürətli sendviç tədarükü üzrə iştahlarının artması da Subway-in üzərindəki təzyiqi artırır.
Subway-ın satışları keçən il 4.4% düşərkən, Macdonalds 3.4 faiz artım qeyd etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)






