Avro/dollar "Draghi" ilə güclü qaldı
Avro/dollar məzənnəsi, Avropa Mərkəzi Bankının (AMB) Aprel toplantısının ardından Sədr Mario Draghi-nin çıxışından sonra güclü qalıb. Baxmayaraq ki, Bank faizləri dəyişməyib və faizlərin mövcud səviyyələrədə uzun müddət qalacağını açıqlayıb.
Xəbər verdiyimiz kimi, AMB, Aprel toplantısında faizlərdə və aktiv alışı proqramında dəyişikliyə getməmişdir.
Draghi, Frankfurtda keçirilən mətbuat konfransında göstəricilərin "sağlam iqtisadi artıma" işarə etdiyini bildirib.
Bakı vaxtı ilə saat 17:27-də Avro/dollar məzənnəsi 0.30 faiz yüksələrək 1.2196 səviyyəsini görüb (Avro bahalaşıb, Dollar ucuzlaşıb).
Draghi, AMB rəsmilərinin Aprel toplantısında Valyuta volatilliyinə dair müzakirə aparmadığını bildirib.
Draghi, Mart toplantısından bu yana açıqlanmış statistik göstəricilərin iqtisadi artımda mülayim gedişə işarə etdiyini, əsas trendlərin inamı dəstəkləməyə davam etdiyini bildirib.
Draghi, inflyasiyanın hədəfə yaxınlaşacağına etimadın davam etdiyini bildirərək, "Baza inflyasiya basdırılmış vəziyyətdədir. Baza inflyasiyada trendin yuxarı istiqamətdə olduğuna inandırıcı işarə görülmədir" deyib.
AMB sədri məzənnələrin izlənməsi lazım olduğuna işarə edib. Draghi, "Bol miqdarda monetar stimula hələ də ehtiyac var. Kurslardakı və maliyyə şərtlərindəki prosesləri izləyirik".
Draghi belə davam edib:
"Göstəricilər iqtisadi artımda bir miqdar yavaşlamaya işarə edir. Bu ləngimə, sürətli inkişafdan geri çəkilməni və müvəqqəti amilləri əks etdirir. İnkişafın güclü olmağa davam edəcəyi və geniş miqyaslı olacağı gözlənilir. Müvəqqəti amillər iqtisadi fəallığı aşağı salmış ola bilər. İqtisadi artım üçün risklər qlobal amillərlə əlaqəlidir. Xarici risklər daha çox ön plana çıxır".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
6 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
11 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 23 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















