“AtaBank” müvəkkil bank seçildi
“AtaBank” ASC, Azərbaycan paytaxtında keçirilən Ticarət festivalı zamanı əcnəbi qonaqlar və şəhərimizin sakinləri tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üzrə müvəkkil bank təyin edilib. Bu barədə "Marja"ya Bankdan bildirilib
Ticarət festivalı zamanı etdiyiniz 100 manatdan artıq alış-verişə “Tax free” sistemi tətbiq olunacaq ki, bu da ƏDV-ni geri almağınıza şərait yaradacaq.
"Məsələn, Siz 28 Mall-da alış-veriş etmisiniz və festivalın təqdim etdiyi imkandan yararlanıb ƏDV-ni qaytarmaq istəyirsiniz. Bunun üçün uzağa getməyə ehtiyac yoxdur! Dərhal yolu keçib pulunuzu ala bilərsiniz. Harada? AtaBank-ın Baş ofisində.
Baş ofis - Bakı şəh., Ş.Bədəlbəyli küç., 102 ; 09:00 – 22:00-dək (fasiləsiz)",- məlumatda deyilir
Qeyd etmək istərdik ki, şəhərimizin sakinləri və əcnəbi qonaqları “Baku Shopping Festival – Tax Free” nişanı olan bütün mağazalardan alış-veriş edərək əlverişli fürsət qazana biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
7 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
8 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib














.jpg)





