“STAR neft emalı zavodunda sentyabrda ilk məhsulun satışı həyata keçiriləcək”
“Azərbaycan dünya bazarında təkcə xam neft və qaz ixracatçısı kimi deyil, həm də neft və neft-kimya məhsullarının istehsalçısı kimi tanınır. SOCAR emal və kimya məhsullarını hazırda ABŞ, İtaliya, Misir, Çin də daxil olmaqla onlarca ölkəyə ixrac edir”.
Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və təşkilatçılığı ilə tikilib istifadəyə verilmiş mövcud emal və neft-kimya qurğuları bu məhsulların istehsalına imkan yaradır.
“Qarşımızda duran sosial-iqtisadi vəzifələrin öhdəsindən layiqincə gəlmək, habelə ixrac öhdəliklərinə vaxtında əməl etmək üçün həmin qurğular davamlı olaraq təkmilləşdirilmiş, mövcud imkanlar daxilində müasirləşdirilmiş, səmərəlilik əmsalı artırılmışdır. Emal sənayemiz xam neftdən səmərəli istifadə etməklə mühərrik yanacaqlarının istehsalının artırılması və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində uğurla işləyir. Lakin məlumdur ki, yanacaq və kimya məhsullarının kəmiyyət və keyfiyyətinə tələbat daim dəyişir və artır. İstehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin keyfiyyətcə Avropa standartlarına uyğunlaşdırılması, rentabelliliyin və ekoloji məqsədəuyğunluğun yüksəldilməsi hazırda bütün növ neft və qaz məhsullarının istehsalında başlıca meyardır. Möhtərəm Prezident İlham Əliyev məhsul və istehsal istiqamətlərinin diversifikasiyası xəttini irəli sürmüşdür ki, bu strateji xətt dünya bazarında qiymətlərin kəskin şəkildə aşağı düşdüyü son illərdə Azərbaycan iqtisadiyyatına böyük dividendlər gətirmişdir”, - məqalədə bildirilir.
SOCAR prezidenti qeyd edib ki, xam neftin qiyməti aşağı düşdüyü halda, neft-qaz və neft-kimya məhsullarının gəlirliliyi yüksəlib: “Türkiyədəki ən böyük aktivimiz olan “Petkim” Petrokimya Holdinqinin timsalında biz bunu aydın şəkildə görə bilirik. Məhsullarını təxminən 40 ölkəyə ixrac edən “Petkim” 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra xalis mənfəətini 9,2 dəfə artırmışdır. Holdinqin səhmlərinin dəyəri isə 8,7 dəfə yüksəlmişdir. “Petkim”i xammal ilə təmin edəcək STAR neft emalı zavodunun tikintisi 99% tamamlanmışdır. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsulların bir qismi, o cümlədən nafta “Petkim” kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq”.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Onun sözlərinə görə, ümumiyyətlə, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur. Cari ildə isə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
26 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
34 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 44 d. əvvəl
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 54 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır






.jpg)









.jpg)







