“AtaNet” mobil bankçılıq xidməti təqdim edildi
“AtaBank” ASC “AtaNet” adlı mobil bankçılıq xidmətini təqdim edib.
“Marja” xəbər verir ki, bu gün Bankın “Dostluq” filialında mətbuat konfransı keçirilib.
Mətbuat konfransında “AtaBank” ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Babaşlı “AtaNet” mobil əlavəsini təqdim edib. O qeyd edib ki, AtaNet” internet bankinqi xeyli müddətdir mövcuddur. Bu gündən isə "AtaNet" mobil bankinq əlavəsi istifadəyə verilir.
“Artıq müştərilər bankımızın filiallarına gəlmədən bir çox bank xidmətlərini həyata keçirə biləcəklər”.
Etibar Babaşlı vurğuladı ki, mobil bankinq əlavəsinə üz və barmaq izi vasitəsilə daxil olmaq mümkündür.
Etibar Babaşlı, “AtaBank”ın mobil bankçılıq əlavəsinin digər banklar ilə müqayisədə gec istifadəyə verilməsinin səbəbini də açıqladı:
“Mobil bankçılıq əlavəsini gec istiadəyə verməyimizin səbəbi digər bankların var olan mobil əlavələrini keyfiyyət və təhlükəsizlik baxımdan analiz etmək idi. Digər bankların əlavələrindəki bütün çatışmazlıqları öyrəndik və həmin çatışmazlıqların olmadığı mobil əlavəmizi təqdim edirik. “AtaNet” mobil əlavəsi bu gün mövcud olan ən yüksək təhlükəsizlik tələblərinə cavab verir”.
Bankın sədr müavini digər bankların mobil əlavələrində olmayan funksiyalardan bir neçəsini də qeyd etdi.
“SMS xəbərdarlıq xidmətinin aktiv və deaktiv edilməsi, kartın bloklaşdırılması və aktivləşdirilməsi, 1 ildən artıq müddət üzrə əməliyyat tarixinin təqdim edilməsi (bu məqsədlə ayıca server alınıb), POS-terminal müştərilərinin dövriyyələr üzrə dərhal və dolğun məlumat almaları kimi funksiyalar digər bankların mobil əlavələrində olmayan özəlliklərdir”.
Mobil bankinq əlavəsi Bankın daxili resursları hesabına hazırlanıb.
“AtaBank”, yeni “AtaNet” mobil bankçılıq xidmətilə bu il müştərilərinin sayını 20-25% artırmağı hədəfləyir.
“Hazırda “AtaBank”ın aktiv plastik kartlarının sayı 24 min, fiziki şəxs müştərilərinin sayı 78 min, hüquqi şəxs müştərilərinin sayı isə 8 min şəxs təşkil edir”, - E.Babaşlı bildirdi.
Mətbuat konfransında "AtaBank"ın bu ilin sonunadək bir neçə yeniliklər təqdim ediləcəyi qeyd edildi.
Kapitalına görə Azərbaycanın ən böyük banklarından biri olan “AtaBank” mobil bankçılıq xidməti olmadığına görə rəqiblərindən geri qalırdı. Artıq “AtaBank” da xidmətlərini elektron müstəviyə daşımağa başladı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
46 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
50 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib















.jpg)



