"Mastercard" Azərbaycan üzrə yeni menecer təyin edib
Qlobal ödəniş texnologiyaları təchizatçısı olan "Mastercard" şirkəti Erdem Çakarı Azərbaycan üzrə menecer təyin edib.
"Marja"nın məlumata görə, Erdem Çakar böyük təcrübəsi sayəsində “Mastercard”ın Azərbaycanda strateji inkişafı, şirkətin biznes və əhəmiyyətinin artması istiqamətində çalışacaq.
Erdem Çakar 1998-ci ildə Boğaziçi Universitetinin iqtisadiyyat fakültəsini bitirib. O, peşəkar karyerasına “Citibank Turkey”də başlayıb və orada ödəniş sistemlərinin kredit riskinin idarəsi ilə məşğul olub. Erdem Çakar 2002-ci ildə Belçikaya köçərək ilk dəfə “Citi Operations and Technology”sisteminin regional inkişafı üzrə məsuliyyəti öz üzərinə götürüb və Avropa bazarlarında internet-bankinqi işə salıb. O, 2006-cı ildə dünya üzrə 12 bazarda “Citi Shell” ko-brendlərin qlobal işə salınması və idarə edilməsiilə məşğul idi.
Erdem Çakar “Mastercard Turkey”də 2009-cu ildən çalışaraq əsasən hesabların idarə edilməsinə və məhsulların keyfiyyətinə cavabdeh idi.Hazırda o, emitent və ekvayer bankların qüvvədə olan modelləri, pərakəndə və elektron ticarət satıcıları, həmçinin Avropa mobil şəbəkə operatorları ilə çoxillik iş təcrübəsini Azərbaycanda istifadə etməyəolduqca həvəslidir.
“Azərbaycanda “Mastercard”ın biznesinə rəhbərlik etmək imkanına çox şadam. Biz Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və “Mastercard”ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istəyirik”, - deyə “Mastercard”ın yerli bazarda uzunmüddətli öhdəliklərini vurğulayan Erdem Çakar bildirib.
Azərbaycan Mərkəzi Bank ilə birgə hazırlanan “Nağdsız Azərbaycan yolunda” layihəsi, “Priceless Special” platformasının işə salınması, ASAN "İnnovasiyalar mərkəzi" ilə maliyyə savadlılığı proqramının təşəbbüsü və şirkətin Bakı ofisinin açılması kimi bir sıra uğurlu layihə həyata keçirdikdən sonra “Mastercard”ın Azərbaycan üzrə keçmiş meneceri Alper Meriç iqtisadiyyatı çox sürətlə inkişaf edən bazarlarda loyallıq və müəssisələrin strateji təhlükəsizliyi istiqamətlərinin başçısı təyin edilib.O, yeni vəzifəsində“Mastercard” üçün qiymətli olan loyallıq və təhlükəsizliyin təmin olunması üzrə məhsul və xidmətlərin hazırlanmasında fokuslaşaraq15 ölkəyə cavabdeh olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
22 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 38 d. əvvəl
-
57 d. əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib


























