Əhalinin banklardan pulunu geri götürdüyü rəsmən təsdiq olundu
31.12.2016-cı il tarixinə banklarda cəmi depozitlər 16 milyard 410 milyon manat təşkil edib. Bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Azərbaycanda fiziki şəxslərin əmanətlərinin 80%-dən çoxu və hüquqi şəxslərin depozitlərinin xeyli hisəsi ABŞ dollarındadır. Qısası, Dolların Manat qarşısında bahalaşması depozitlərin manat ifadəsində armasına səbəb olur. Dekabr ayında Dollar Manat qarşısında bahalaşsa da, depzoitlərin geri götürülməsi artımın əks olunmasına imkan verməyib.
Belə ki, Dekabr ayında cəmi depozitlər 480 milyon manat azalıb.
Noyabr ayının sonunda 7 milyard 583,8 milyon manat olan fiziki şəxslərin depozitləri isə Dekabr ayının sonunda 7 milyard 432,1 milyon manata düşüb. Yəni, fiziki şəxlərin depozitləri 151,7 milyon manat azalıb. Əslində real azalma daha çoxdur, Dollar bahalaşması azalmanın bir hissəsini Manat ifadəsində kompensasiya edib.
Ötən ilin Dekabr ayında Noyabr ayının sonu ilə müqayisədə fiziki şəxslərin müddətli depozitləri 5 milyard 727,6 milyon manatdan 5 milyard 671,2 milyon manata, tələbli depozitlər isə 1 milyard 851,1 milyon manatdan 1 milyard 760,9 milyon manata düşüb.
Dekabrda hüquqi şəxlərin depozitləri isə 328,4 milyon manat azalaraq 9 milyard 306,3 milyon manatdan 8 milyard 977,9 milyon manata geriləyib.
| 31.12.2016, milyon manatla | 30.11.2016, milyon manatla |
Depozitlər (maliyyə institutları istisna olmaqla) | 16,410 | 16,890 |
Fiziki şəxslərin depoziti | 7,432.1 | 7,583.8 |
-müddətli | 5,671.2 | 5,727.6 |
-tələbli | 1,760.9 | 1,856.1 |
Hüquqi şəxslərin depozitləri | 8,977.9 | 9,306,3 |
-müddətli | 4,140.1 | 4,320.0 |
-tələbli | 4,837.8 | 4,986,3 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 43 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























