4 bank Mərkəzi Banka borcunu tam qaytarıb
Bu il aprelin 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 21-i Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.
Bu banklardan 4-ü - "Access Bank", "Azərbaycan Sənaye Bankı", "PAŞA Bank" və "Yapı Kredi Bank Azərbaycan" son 1 ildə tənzimləyici quruma borcunu tam qaytarıb. Yəni, öhdəliklərdə 100% azalma var.
Bununla yanaşı, 6 bank da AMB-yə borcunu qismən azaldıb. Bunlar "Nikoyl Bank", "AGBank", "Bank BTB", "Bank Silk Vey", "Bank of Baku" və "Günay Bank"dır. Ən çox azalma "Günay Bank"da (68,1% az), ən az azalma isə "Nikoyl Bank"da (0,5%) qeydə alınıb.
2 bankın - "Bank VTB Azərbaycan" və "Xalq Bank"ın AMB-yə borcu olduğu kimi qalıb, yəni dinamika 0%-dir. 1 bank - "Atabank" isə tənzimləyici qurum qarşısında öhdəliklərini 2 dəfə artırıb.
8 bankın - "AFB Bank", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Kapital Bank", "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı və "Zıraat Bank Azərbaycan"ın isə AMB-yə borcunun dinamikasını hesablamaq mümkün olmayıb. Çünki bu bankların son 1 ildə tənzimləyici qurum qarşısında öhdəlikləri olmayıb.
"AFB Bank"dan "Marja"ya bildirildi ki, 2015-ci ildən bəri Bankın Mərkəzi Bank qarşısında heç bir öhdəliyi yoxdur.
9 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Muğan Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" isə AMB-yə borclarının illik dinamikasını açıqlamayıb.
10 bankın Mərkəzi Banka borcu 250 milyon manatdan çoxdur
Bu il aprelin 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 10-u tənzimləyici quruma ümumilikdə 253,504 milyon manat borcludur.
Həmin banklar "Nikoyl Bank", "AGBank", "Xalq Bank", "Bank VTB Azərbaycan", "Bank BTB", "Muğan Bank", "Atabank", "Bank of Baku", "Bank Silk Vey" və "Günay Bank"dır.
Bu banklardan AMB-yə ən çox borclu olan "Nikoyl Bank" (40,3 milyon manat), ən az borclu olan isə "Günay Bank"dır (6,1 milyon manat).
Tənzimləyici quruma borclu olmadığını bəyan edən 12 bank isə "Access Bank", "AFB Bank, "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Kapital Bank", "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"dır.
8 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" AMB qarşısında öhdəliklərinin məbləğini açıqlamayıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
21 d. əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 48 d. əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
Meta-nın gəliri 24 faiz artıb
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı



















