"Facebook" və "Netflix"in səhmləri rekord qırdı
Dünyanın ən böyük sosial media saytı "Facebook" və qlobal internet televiziya şəbəkəsi "Netflix"in səhmlərinin dəyərləri rekord qırıb.
"Marja" xəbər verir ki, Nasdaq Texnologiya İndeksində ticarət olunan "Facebook"un səhminin qiyməti çərşənbə günü iş saatları ərzində 203,54 dollara yüksələrək şirkət tarixində ən yüksək səviyyəyə çatıb.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
Facebook səhmləri günü 2,3 faiz artımla 202 dollardan bağlayıb. Şirkətin bazar dəyəri də 587 milyard dollar olub.
Yenə Nasdaq Texnologiya İndeksində ticarət olunan "Netflix"in səhminin qiyməti də çərşənbə günü iş saatları ərzində 419,38 dollara qalxıb və şirkət tarixindəki ən yüksək səviyyəni qeyd edib.
"Netflix" səhmləri gün ərzində 2,9 faiz bahalaşaraq 416,76 dollardan bağlanıb. Şirkətin bazar dəyəri isə 175 milyard dollara yaxınlaşıb.
"Facebook" və "Netflix" səhmlərindəki bahalaşma Nasdaq Texnologiya İndeksinə müsbət təsir edib. İndeks iş saatları ərzində 7806,44 bənd ilə tarixindəki ən yüksək səviyyəni görüb.
Mütəxəssislər, gələn ay açıqlanmağa başlanacaq ikinci rüb balans göstəricilərinin müsbət olması vəziyyətində texnologiya şirkətlərinin səhmlərinin daha da bahalaşacağını və yeni rekordlar qıracağını ehtimal edirlər.
İlin əvvəlindən etibarən "Facebook"un səhmləri 13,7 faiz, "Netflix" səhmləri isə 112,5 faiz dəyər qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
7 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
-
- 28 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
1 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Ən çox oxunanlar
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb






.jpg)





.jpg)







