"Azkoin" Tiflis konfransından niyə imtina etdi? - AÇIQLAMA
Böyük biznes konfarnasları, yeni məhsul və innovasiyalar təqdimatının təşkili sahəsində ixtisaslaşmış məşhur “Smile-Expo” şirkəti dünyanın müxtəlif ölkələrində Kriptovalyuta və Blokçeyn konfransları təşkil edərək sözügedən sahə üzrə yüksək səviyyəli mütəxəssisləri bir araya gətirir.
Buna qədər Berlində, Praqada, Parisdə, Stokqolmda, Londonda və digər böyük Avropa şəhərlərində “beynəlxalq kriptovalyuta-bkokçeyn” konfransları təşkil edən “Smile-Expo” özünün növbəti tədbirini iyunun 20-də Gürcüstanın paytaxtı Tiflisdə keçirib. Bu tədbirdə də kritovalyuta sahəsində ixtisaslaşmış şirkətlər, sahənin məşhur ekspertləri iştirak ediblər. Konfransda kriptovalyuta və blokçeyn texnologiyasının inkişafı istiqamətində Gürcüstanın əldə etdiyi nəticələrə diqqət yetirilməklə yanaşı, kriptovalyuta bazarına qədəm basmağa hazır olan yeni məhsulların təqdimatına da xüsusi diqqət yönəldilib. Bununla yanaşı, blokçeyn texnologiyasının dövlət idarəçiliyində tətbiqi və kriptovalyutaların dövriyyəsini tənzimləyəcək hüquqi bazanın formalaşdırılması kimi mövzular ətrafında geniş müzakirələr aparılıb.
Diqqətçəkən məqamlardan biri odur ki, Tiflis konfransının əsas iştirakçıları sırasında Azərbaycanın milli kriptovalyuta layihəsi olan “Azkoin”in(Azcoin) də yer alacağı nəzərdə tutulubmuş. Hətta “Azkoin”nin tədbirin sponsorlarından biri olacağı da gözlənilirmiş. Lakin konfransa bir neçə gün qalmış “Azkoin” komandası nəinki sponsor olmaqdan, hətta iştirakçılıqdan da imtina edib.
Bunun səbəbləri barədə mətbuata açıqlama verən “Azkoin” - milli kriptovalyuta layihəsinin rəhbəri Adəm Allahverdiyev bildirib ki, imtina qərarı bilavasitə milli maraqlardan irəli gəlib:
“Azkoin” layihəsinin təmsilçiləri bu kimi mötəbər tədbirlərə qatılmaqda maraqlıdırlar. Buna qədər biz bir neçə beynəlxalq konfransda iştirak edərək həm “Azkoin”i təqdim etmişik, həm də ölkəmizdə innovasiyaların tətbiqinə yaradılan şəraitdən, yeni texnologiyaların ayrı-ayrı sahələrə yönəldilməsi xüsusunda görülən işlərdən və təbii ki, yeni dövrün əsas çağırışlarından olan kriptovalyuta-blokçeyn texnologiyasının inkişaf etdirilməsi məqəsədilə atılan addımlardan danışmışıq. Biz sevinirik ki, blokçeyn texnologiyası və kriptovalyutalara dair keçirilən beynəlxalq konfransların iştirakçıları sırasında “Azkoin” də var. Çalışırıq ki, ölkəmizi layiqincə təmsil edək və göstərək ki, biz bütün digər sahələrdə olduğu kimi, kriptovalyuta-blokçeyn texnologiyasının tədbiqi sahəsində də birincilərdən olmaq həvəsində və gücündəyik. O ki, qaldı Tiflis konfransında iştirakçılıqdan imtina etməyimizə, bəli, biz bu tədbirdə geniş heyətlə qatılmaq niyyətindəydik. Hətta sırf Azərbaycanın adına görə konfransın sponsorlarından biri olmağa da hazır idik. Bunun üçün kommunikasiya qurulmuşdu, təşkilatçı şirkətlə detalları aydınlaşdırmağa da başlamışdıq. Onu da deyim ki, biz Tiflis konfransına baş sponsor olaraq da qatıla bilərdik. “Azkoin”nin məqsədi həm də odur ki, Azərbaycan kriptovalyuta və blokçeyn texnologiyası sahəsində regionun əsas ölkələrindən biri kimi qəbul olunsun. Odur ki, böyük konfransların təşkilində yaxından iştirak etmək əzmindəyik və Tiflis konfransına da eyni həvəs bə eyni məqsədlə qatılmaq niyyətindəyidik. Lakin son anda məlum oldu ki, təşkilatçı şirkət baş sponsorluğu “Bixtrim”in yaradıcısı, milliyətçə erməni Artur Arabyana verib. Hətta konfransda salamlama çıxışı da ona həvalə olunub. Təbii ki, biz bununla razılaşa bilməzdik. Odur ki, məsələyə sırf milli maraqlardan yanaşaraq erməninin baş sponsor olduğu konfransda iştirakdan imtina etdik”.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
A.Allahverdiyev sentyabrın 27-də Bakıda keçiriləcək beynəlxalq konfransa hazırlaşdıqlarını da qeyd edib. “Azkoin” layihəsinin rəhbəri bildirib ki, ilk dəfə olaraq Bakıda beynəlxalq kiriptovalyuta – blokçeyn konfransı keçiriləcək: “Konfransı ənənəvi olaraq “Smile-Expo” şirkəti təşkil edəcək. Təbii ki, “Azkoin” layihəsi olaraq biz də bu konfransda yaxından iştirak edəcəyik. Çox böyük ümidimiz var ki, kriptovalyutla və blokçeyn səhəsində ölkəmizdə böyük irəliləyişlər əldə olunacaq”.
© Azərfaks
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 45 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
-
1 saat əvvəl
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
"FNC BOKT" da 15 faizlə borc alır
Hotellər üçün minimum qiymət müəyyən edilməsi təklif olunur
Ən çox oxunanlar
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Neftin qiyməti son 4 ayın ən yüksək səviyyəsinə çatdı
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır




















