İxrac təşviqi ödəniləcək məhsulların sayı artırıldı
Azərbaycanda ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının sayı artırılıb.
Nazirlər Kabineti bununla bağlı “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nda müvafiq dəyişikliklər edib.
Beləliklə, quş yumurtası, qabığı təmizlənmiş meşə fındığı, zeytun yağı və onun fraksiyaları, üzüm şərabları istisna olmaqla digər meyvə çaxırları, o cümlədən nar çaxırı bu siyahıya daxil edilib.
Bu məhsulların ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsallar da müəyyənləşib. Bu əmsallar quş yumurtası üçün 1,5, qabığı təmizlənmiş meşə fındığı üçün 1, zeytun yağı və onun fraksiyaları üçün 1,5, üzüm şərabları istisna olmaqla, digər meyvə çaxırları, o cümlədən nar çaxırı üçün 2 olaraq müəyyən edilib.
Qeyd edək ki, ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir. İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir. Faktiki ixrac dedikdə, qeyri-neft məhsullarının geri qaytarılmaq öhdəliyi olmadan Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması başa düşülür.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında qərarı 2016-cı il mart ayının 1-dən etibarən tətbiq edilir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
3 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
4 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
5 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
5 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
























