İlin birinci yarısında 20 mindən çox istifadəyə verilib - 2 DƏFƏ ARTIM
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur
Ölkədə “Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ilin ilk 6 ayı ərzində istifadəyə verilən “E-imza” sertifikatlarının sayı 20 454 olub. Bu sertifikatlardan 6 780-i dövlət qurumlarının, 4 542-i fiziki şəxslərin, 9 132-i isə hüquqi şəxslərin payına düşür.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə istifadəyə verilən sertifikatların sayı 10 582 (dövlət qurumları üzrə 3 440, hüquqi şəxslər üzrə 4 560, fiziki şəxslər üzrə 1 580) olub.
İstifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, ümumilikdə 146 874 “E-imza” sertifikatı istifadəyə verilib. Onlardan 82 390-ı dövlət qurumları üzrə, 35 590-ı hüquqi şəxslər üzrə, 28 894-ü isə fiziki şəxslər üzrə olub.
Son bir ayda istifadəyə verilən “E-imza” sertifikatlarının sayı isə 2 mindən çox olub. Belə ki, bu ilin iyun ayında verilən 2 184 “E-imza” sertifikatının 820-i dövlət qurumlarının, 1 084-ü hüquqi şəxslərin, 280-i isə fiziki şəxslərin payına düşüb.
Sözsüz ki, “E-imza” istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Bu günə qədər dövlət qurumları tərəfindən 28 869 002, hüquqi və fiziki şəxslər tərəfindən 8 435 955 olmaqla, ümumilikdə 37 304 957 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 7 433 407 olmuşdur ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 20%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 5 663 144, hüquqi və fiziki şəxslərin payına isə toplam 1 770 263 autentifikasiya və elektron imza əməliyyatı düşüb.
“E-imza” virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
9 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 10 saat əvvəl
-
11 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
11 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)




