ABŞ neft qiymətlərini aşağı salmaq üçün "silahını" işə salır
ABŞ-ın, neft, o cümlədən benzin qiymətlərini aşağı salmaq üçün təcili olaraq strateji xam neft ehtiyatlarını satışa çıxarmağa hazırlaşdığı bildirilir.
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp hökumətinin, yüksələn benzin qiymətlərini aşağı salmaq üçün ölkənin 660 milyon barrel həcmindəki Strateji Neft Ehtiyatını istifadə etməyi qiymətləndirdiyi bildirilir.
Digər tərəfdən, Rusiyanın energetika naziri Aleksandr Novaka görə, OPEC və tərəfdaşları, ehtiyac olduğu halda hasilatı keçən ay razılaşdırılan gündəlik 1 milyon bareldən daha çox artıra bilər.
Həm ABŞ-ın Strateji Neft Ehtiyatını istifadə etməyə hazırlaşdığı, həm də OPEC və tərəfdaşlarının hasilatlarını artıra biləcəkləri barədə xəbərlər ilə neft qiymətləri aşağı düşüb.
Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) 34 sent düşərək 70.67 dollara, Brent nefti 45 sent düşərək bareli 74.88 dollara enib. Qiymətlər ötən həftə 2.3 faiz düşüb.
Xam neft qiymətləri, ABŞ-ın İrana yenidən sanksiya tətbiq etməyə başlayacağı və Liviyada hasilatın düşməsinin ardından təklif riskinin artması nəticəsində ötən ayın sonunda üç ilin ən yüksək səviyyəsinə qalxmışdı. Sonra, ABŞ ilə Çin arasındakı ticarət gərginliyinin qlobal tələbi təhdid etməsi səbəbindən qiymətlər geri çəkildi. Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) Körfəz bölgəsi üzvləri, azalan qlobal istehsalı bərpa etmək üçün daha çox neft istehsal etmək məcburiyyətində qala bilər.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
ABŞ Prezidenti neft qiymətlərinin yüksək olmasına görə OPEC-i ittiham edir. Donald Trampa görə, OPEC qiymətləri manipulyasiya edir. Tramp OPEC-ə qiymətləri aşağı salmaq üçün təzyiq etsə də, hələ də məqsədinə nail olmayıb. Trampın bir məqsədinin də OPEC-i dağıtmaq olduğu bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)







