Bakıda “Global İnfluencer Day” həyata keçiriləcək
Marketinq və kommunikasiya dünyasının gündəmində yer tutan “İnfluencer” strategiyaları Bakıda müzakirə olunacaq
"Keepface İnfluencer" Marketinq Platformasının rəsmi dəstəyi ilə "FA İnternational Trade Events" şirkəti tərəfindən ikinci dəfə "Global İnfluencer Day "təşkil olunacaq.
İş və marketinq dünyasının qabaqcıl trendlərinin müzakirə ediləcəyi tədbir 27-28 Oktyabr tarixlərində Bakıda keçiriləcəkdir.
Regionda ikinci dəfə təşkil olunacaq tədbirin məqsədi brendlərlə “influencer”ları bir araya gətirməkdir.
“Global İnfluencer Day” tədbirində iştirak edənlər siyahısına “influencer”lar, brend sahibləri, investorlar, marketinq və PR mütəxəssisləri, media nümayəndələri və iş dünyasından nümayəndələr daxildir.
Microsoft, Google və İnstagram kimi önəmli texnologiya şirkətlərindən nümayəndələrin, öz sahələrində mütəxəssis olan spikerlərin və uğurlu təşəbbüskarların iştirak edəcəyi tədbir müddətində danışıqlar və panellərdə rəqəmsal marketinqin yeni trendləri, sosial şəbəkə təsiri və “influencer marketing” kimi mövzular müzakirə olunacaqdır.
Həmçinin, tədbirdə uğurlu işlərə və yeniliklərə imza atmış sahibkarlar və şirkət sahibləri “influencer” strategiyalarının marketinq və kommunikasiya dünyasına necə istiqamət verdiyini və bu sahədəki inkişafı qiymətləndirəcəklər.
“Global İnfluencer Day” tədbirinə bu il qatılacaq spikerlər siyahısında Microsoft Azərbaycan-ın Türkmənistan və Tacikistanın Baş Meneceri Sərxan Həşimov, Forbes jurnalında Qlobal Sahibkarlıq yazıçısı Elmira Bayraslı və Google Marketinq Həlləri və Şəxsi Brend Təlimçisi Nina Levçuk kimi şəxslər yer almaqdadır.
“Global İnfluencer Day” ilə bağlı ən yeni xəbərləri http://influencerday.org/ ünvanından izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























