"Azərbaycan prezidentinin Rusiyaya səfəri zamanı bütöv sənədlər paketini imzalamağı planlaşdırırıq"
Rusiyanın iqtisadi inkişaf naziri, Rusiya-Azərbaycan hökumətlərarası Komissiyanın həmsədri Maksim Oreşkinin müsahibəsi:
- Cənab nazir, indiki mərhələdə Rusiya və Azərbaycan arasındakı iqtisadi münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?
- İki ölkə arasında iqtisadi-ticarət münasibətləri sürətli templə inkişaf edir. Son iki ildə iqtisadi münasibətlərdə müsbət dinamikanı müşahidə edirik. Misal üçün ötən il Rusiya-Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artım 30 faizdən çox olub. Bu il isə bu rəqəm 20 faizdən çoxdur. Nəticədə, Rusiyanın Azərbaycanın ÜDM-də töhfəsi 6 faizdən çox olub. Biz öz qarşımızda daha çox ambisiyalı tapşırıqlar qoyuruq. Anlayırıq ki, yeni əməkdaşlıq sahələri axtarıb tapmaq lazımdır.
Bundan başqa, sadə qarşılıqlı məhsul ixracından tədricən əlavə dəyər zənciri yaradan birgə istehsala keçməyimiz çox vacibdir. Hazırda ikitərəfli əməkdaşlığın beş əsas istiqaməti üzrə aktiv işləyirik, layihələr həyata keçiririk. Bu istiqamətlərdən biri nəqliyyat potensialının inkişaf etdirilməsidir. Belə layihələrə misal olaraq Azərbaycanın əsas rol oynadığı qlobal layihə olan "Şimal-Cənub" nəqliyyat dəhliziniz göstərə bilərəm. İrəliyə ancaq birlikdə hərəkət edərək gedə bilərik.
- Azərbaycan prezidentinin Rusiyaya səfəri zamanı iqtisadi sahədə hansı sənədlərin imzalanması planlaşdırılır?
- Azərbaycan prezidentinin Rusiyaya səfəri sentyabrın 1-nə planlaşdırılıb. Biz bütöv sənədlər paketini imzalamağı planlaşdırırıq.
Dediyim kimi, bizim birgə fəaliyyətimizin beş əsas istiqaməti müəyyən edilib. Hazırda hər bir istiqamət üzərində iş gedir. Birinci istiqamət Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıqdakı maneələri aradan qaldırmaqdır. İkinci istiqamət nəqliyyat potensialının inkişafıdır. Bura həm iki dövlət arasındakı, həm də qlobal layihələr çərçivəsində nəqliyyat potensialının inkişafı daxildir. Üçüncü istiqamət Azərbaycan ərazisində birgə sənaye istehsalının yaradılması, ölkələrimin əlavə dəyər zəncirlərinə cəlb edilməsidir. Dördüncü istiqamət müasir rəqəmsal texnologiyaların tətbiqi ilə bağlıdır. Beşinci istiqamət isə humanitar və mədəniyyət sahəsində əməkdaşlıqdır.
Rusiya müəyyən təcrübəyə malikdir. Azərbaycanın da çox maraqlı işləri var. Tərəfdaşlar tapılıb, artıq konkret layihələr üzərində iş gedir. Cənab prezident İlham Əliyevin səfərinə kimi konkret nəticələr və yaxın perspektivdə həyata keçirəcəyimiz konkret layihələr məlum olacaq.
- Bu il Azərbaycan-Rusiya regionlararası forumu Gəncədə keçiriləcək. Foruma hazırlıq necə gedir? Ümumiyyətlə Azərbaycanla Rusiyanın regionları arasında münasibətlər hansı səviyyədədir? Regionlararası əməkdaşlığın gələcəyini necə görürsünüz?
- Foruma hazırlıq gedir. Forumda özüm də iştirak etməyi planlaşdırıram. O ki qaldı Rusiya ilə Azərbaycan arasında regionlararası əməkdaşlığa, deyə bilərəm ki, Azərbaycanla Rusiyanın regionları arasında çox sıx əməkdaşlığın olduğunu görürük. Bu əməkdaşlıq Rusiyanın bütün regionları ilə mövcuddur. Başa düşüləndir ki, Rusiyanın Şimali Qafqaz respublikaları Azərbaycana yaxın yerləşir. Onlar bu istiqamətdə aktiv işləyirlər. Layihələr həyata keçirilir. O cümlədən, Azərbaycan investorlarının Rusiya ərazisində layihələri reallaşır. Misal üçün Kislovodskda sanatoriyaya qoyulan investisiya çox böyük investisiyadır. Təkcə, Azərbaycanla sərhədinə yaxın yerləşən respublikalar deyil, bütün Rusiya, ölkə üzrə onlarla region Azərbaycanla sıx əməkdaşlıq edir, birgə layihələri inkişaf etdirir. Bu, çox vacibdir.
Ötən il Stavropol diyarında keçirilən VIII regionlararası Forum çox yüksək səviyyədə keçdi. Forumda regionlar arasında çoxlu sayda təmaslar oldu. Əminəm ki, Gəncədə biz daha bir addım irəli gedəcəyik və regionlar arasındakı əlaqələr daha da dərinləşəcək.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
5 d. əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 30 d. əvvəl
-
48 d. əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
54 d. əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
59 d. əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
1 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
1 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza























