Fitosanitar Xidmətindən kartof əkən fermerlərə xəbərdarlıq - "Bu qayda yolverilməzdir"
Fermerlərin yığılan məhsulu açıq sahələrdə toplanmış vəziyyətdə saxlaması zərərvericinin daha geniş yayılmasına şərait yaradır
Tovuz rayonunda kartof əkini sahələrində karantin zərərvericisi olan kartof güvəsinə (Phthorimaea operculella Zell.) qarşı kimyəvi mübarizə tədbirləri davam edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Tovuz rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Tovuz rayon Aşağı Öysüzlü kənd sakini sahibkar Kamal Ələsgərova məxsus 60 hektar və Aşağı Quşçu kənd sakini fermer Şamil Əliyevə məxsus 5 hektar kartof sahələrində kartof güvəsinə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən mübarizə tədbirlərində Asetisuper preparatından (0,2 kq/1 ha) istifadə edilib.
Qeyd edək ki, Tovuz rayonu BMM-nin mütəxəssisləri kartof güvəsinə qarşı aparılan mübarizə çərçivəsində kartof yığımı başlanmış sahələrdə monitorinqlər həyata keçiriblər. Monitorinq zamanı müəyyən olunub ki, fermerlər yığılan məhsulu açıq sahələrdə toplanmış vəziyyətdə yığaraq saxlayır və üstünü də sahədən çalınmış bitki qalıqları ilə qarışıq ot və taxıl sahələrindən çalınmış küləşlə örtürlər ki, bu da adıçəkilən zərərvericinin daha geniş yayılmasına əlverişli şərait yaradır. Mütəxəssislər məhsulun bu qaydada saxlanılmasının yolverilməz olduğunu söyləyərək müvafiq tövsiyələr veriblər. Fermerlər isə bu tövsiyələrə əməl etməyərək məhsulu açıq sahədə saxlamaqda davam edirlər.
Hazırda Tovuz rayonu ərazisində kartof güvəsinə qarşı kimyəvi mübarizə işləri davam etdirilir.
Kartof güvəsi (Phthorimaea operculella Zell.) kartofun, badımcanın, tütünün, eləcə də quşüzümü fəsiləsinə aid digər mədəni və yabanı bitkilərin karantin tətbiq edilən zərərvericisidir və 250-80 faiz məhsul itkisinə səbəb olur.
Azərbaycanda son illər əsasən Cəlilabad, Masallı, Lənkəran, Astara, Samux, Şəmkir və Tovuz rayonlarında müşahidə edilir. Azərbaycanda il ərzində 5-6 nəsil verməsi güman edilir, yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır. Kartofa çox ciddi zərər vurur, zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və keyfiyyətini itirir.
Kartof güvəsinin təcrid və məhv edilməsi məqsədi ilə aşağıdakı əkindən əvvəl toxum materialı seçilməli və yoluxmuş yumrular məhv edilməlidir. Torpağın tipindən asılı olaraq əkin maksimum dərin aparılmalı və növbəli əkin tətbiq edilməlidir. Kartof yumrularına yoluxmuş zərərvericini məhv etmək üçün fumiqasiya tədbirləri aparılmalı və yumrular cücərdikdən ən geci 10 gün sonra fumiqasiya olunmalıdır. Vegetasiya müddətində kartof güvəsinə qarşı aşağıda göstərilən insektisidlərdən birindən – siperkor (0,1-0,16 litr/1 ha), korumaqor (2.2-2,5 litr/ 1 ha), Danadim (1,4-1,9 litr/1 ha – toxumluq əkinlərində), Kral (0,15-0.3 litr/1 ha) istifadə edilməklə mübarizənin aparılması məqsədəuyğundur. Zərərvericiyə qarşı vegetasiya müddətində lepidosid (0,7 kq/1 ha) bioloji preparatından da istifadə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























