Gəncə hadisələri ilə bağlı 1 nəfər məhv edildi, 8 nəfər saxlanıldı
İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar birgə həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər tutularaq barələrində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən verilən birgə məlumata görə, cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində ağır cinayət əməlləri törətmiş mütəşəkkil qrupun fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Bağırov Anar İslam oğlunun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib. A. Bağırovun tərkisilah olunması və saxlanılması üzrə Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq məhv edilib.
Hadisə yeri və meyitə baxış zamanı A. Bağırovun üzərindən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda cinayəti törətmiş şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















