Türkiyə faiz qərarını açıqladı - Lirə sürətlə ucuzlaşdı
Türk Lirəsi Dollar qarşısında kəskin dəyərdən düşüb.
"Marja" xəbər verir ki, Dollar/TL məzənnəsi 4%-dən çox yüksələrək 4.9369 səviyyəsini görüb (Saat 15:26-ya olan məlumat).
Lirənin ucuzlaşmasına səbəbi Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini dəyişdirməməsidir. Analitiklər faizin artırılacağını gözləyirdilər.
Mərkəzi Bankın bu gün keçirilmiş iclasında bir həftəlik repo faiz nisbətinin (siyasət faizi) 17,75%-də sabit saxlanılmasına qərar verilib. Faizin 100-130 bənd artırılacağı proqnozlaşdırılırdı.
Mərkəzi Bankın açıqlamasında sərt pul siyasətinin uzun bir müddət qorunmasının lazım olduğu qeyd olunub:
Son dövrdə açıqlanan göstəricilərin iqtisadi fəaliyyətdə tarazlaşma meylinin göründüyünə işarə etdiyi bildirilərək, "Xarici tələb gücünü qorumaqla yanaşı daxili tələbata dair yavaşlama siqnalları artır.
Yaxın dövrdə xərc istiqamətli proseslər və ərzaq qiymətlərindəki oynaqlıq inflyasiya üzərində təsirli olmuşdur. Daxili tələbatın azalacağı nəzərdə tutulmaqla bərabər, inflyasiya yüksək qalmaqda davam edir. Bu səbəbdən İdarə Heyəti, sərt pul siyasətinin uzun bir müddət qorunmasının lazım olduğunu hesab edir".
Mərkəzi Bank qeyd edib ki, əsas məqsədi olan qiymət sabitliyi üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir. İnflyasiya mənzərəsində açıq bir yaxşılaşma təmin olunana qədər pul siyasətində sərt mövqe qətiyyətlə davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)







