Qızılın qiyməti 3 ayın ən yüksək səviyyəsi ətrafındadır
"Marja" xəbər verir ki, dünya bazarında qızılın qiyməti, ABŞ prezidenti Donald Trump-ın siyasətlərinə bağlı narahatlıqların artdığı bir mühitdə, sərmayəçilərin qızıl dəstəkli "exchangte traded" fondları (ETF) yolu ilə etdikləri alışların dəstəyi ilə 3 ayın ən yüksək səviyyəsi yaxınına qalxıb.
Bakı vaxtı ilə saat 08:40-a olan məlumata görə, qzılın unsiyası 1241.51 dollar təşkil edib. Qiymətli metal çərşənbə günü 1244.80 dollar ilə 11 Noyabrdan bu yana ən yüksək səviyyəsini görmüşdü.
Qızılın 14 günlük RSI göstəricisi Çərşənbə günü 70 səviyyəsində idi və bu vəziyyət texniki analitiklər üçün bazarın həddindən artıq alış vəziyyətində ola biləcəyinə işarə edir.
ABŞ-ın pul vahidinin 10 mühüm valyuta qarşısındakı dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi üfüqi hərəkət edib.
Trumpdan qaynaqlanan coşğunun azalması ilə birlikdə, iqtisadiyyata və maliyyə bazarlarına yenidən naməlumluq hakim olur. Bu vəziyyət də qızıl alışlarını artırır və nəticədə qiymət qalxır.
Dünyanın ən böyük qızıl dəstəkli ETF-i olan SPDR Gold Trust-dakı qızıl aktivləri altıncı yündür artır. Aktivlər Çərşənbə günü 5.6 ton artaraq 832.58 tona çıxıb və 16 Dekabrdan bu yana ən yüksək səviyyəsinə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























