Sağlamlığını düşünən insanların seçimi: “AGDAĞ”
Ömrümüzün böyük hissəsi qapalı məkanlarda – evimizdə, çalışdığımız ofislərdə keçir. Bu baxımdan bu məkanların sağlamlığımız üçün təhlükəsizliyi, hətta faydalılığı həyati vacib məqamlardandır. Bəzən insanlar özlərinə yuva qurarkən, yeni mənzillər inşa edərkən əsasən məlumatsızlıqdan bu mühüm məqamı gözardı edirlər. Amma artıq dünya il-ildən inkişafa doğru irəliləyir, yeni-yeni tətbiq olunan yüksək texnologiyalar insanların həyatını yüngülləşdirməklə yanaşı, sağlamlıqlarının qorunmasına da xidmət etmiş olur. Bir neçə il əvvəl insanlar evlərini yalnız qara suvaqla suvanmasını mümkün sayırdılar, sağlamlıq üçün daha faydalı gips əsaslı suvaqdan xəbərsiz idilər.
Ancaq Azərbaycanın və ümumilikdə Qafqazın inşaat materialları bazarında lider şirkətlərdən olan “Mətanət A” şirkəti bu boşluğu doldurdu. 2002-ci ildə əsası qoyulmuş, ixrac yönümlü, Qafqazda ilk müasir tipli gips zavodu "AĞDAĞ" 2007-ci ilin əvvəllərində məhsul itehsalı ilə fəaliyyətə başladı. Çox böyük istehsal gücünə malik olan "AĞDAĞ" müasir Gips zavodu xalqımızın sağlam mühitlə təmin olunmasına xidmət edən "AĞDAĞ" məhsulunu istehsal edir və zavodun istehsal gücünün qarşıdakı illərdə daha da artırılması şirkət rəhbərliyinin gələcək planlarının əsas spektrini təşkil edir. Zavod qabaqcıl alman texnologiyasına əsaslanır, istehsal prosesi rəqəmli texnologiya ilə avtomatlaşdırılmış formada idarə olunur və keyfiyyətə total nəzarət həyata keçirilir. Zavodda 8 çeşiddə məhsul istehsal olunur. Bu məhsullar evlərimizin daxili təbibinə çevriliblər. Xatırlatmaq yerinə düşər ki, qara suvaq ilə suvanmış evlər rütubətli və müxtəlif xəstəliklərə münbit şərait yaradan, sağlamlığa faydalı olmayan bir məkan hesab olunur. Təsadüfi deyil ki, bütün Avropa ölkələri, Almaniya, Türkiyə və digər inkişaf etmiş ölkələrdə çoxdandır ki, bu təmir metodunu qadağan edən çoxsaylı qanunlar qəbul edilib və bu ölkələr qara suvaqdan çoxdan imtina ediblər. Azərbaycan xalqı da hər şeyin ən gözəlinə layiqdir. Hər zaman ölkə vətəndaşlarına faydalı olmağın yollarını arayan “Mətanət A” şirkəti də insanlarımızım sağlam bir evdə və məkanda yaşamaları üçün "AĞDAĞ" Müasir gips Zavodunu quraraq "AĞDAĞ" məhsulunu yaradıb. Gips əsaslı “Ağdağ” məhsulları müxtəlif faydalı qatqılarla zəngin, istilik və səs izolyasiyasını gücləndirən universal qarışıqdır. Bu məhsullarla suvanın binanın yükü ciddi şəkildə azaldır. Məsələn, 20 mərtəbəli bina birbaşa olaraq "AĞDAĞ" ilə suvandıqda, binanın ağırlığı 1000 ton azalır.
Amma "AĞDAĞ" ın əsas üstünlüyü insanların sağlamlığının qayğısına qalmasıdır. "AĞDAĞ" da sağlamlığın əsas sirri bu məhsullarla təmir olunmuş divarların nəfəs ala bilməsi və otaqda rütubət normasının düzgün qorunmasındadır. Qara suvaq ilə divarlar suvandıqda divarlar nəfəs ala bilmir və otaq "boğulur", nəticədə otaqda rütubət balansı pozulur və normal yaşayış üçün lazım olan atmosfer mövcud olmur. Xüsusi metodla emal edilmiş təbii gips əsaslı "AĞDAĞ"la divarlar və tavan birbaşa suvandıqda isə otaqlar nəfəs alır və otaqlarda nəmin normal səviyyəsi qorunur. Təbii gips əsaslı "AĞDAĞ" ın möcüzəliliyi ondadır ki, birbaşa "AĞDAĞ" ilə suvanmış otaqlarda əgər otağın nəmi normadan aşağı düşərsə, onda o, lazım olan nəm normasını otağa geri qaytarır, otaqda nəm artdıqda isə artıq nəmliyi özünə çəkir, xarici mühitə geri qaytarır. Bununla da otaqdakı nəm norması təbii olaraq tənzimlənir. Odur ki, sağlamlığının qayğısına qalan insanlar “Ağdağ”ı seçir. Siz də ailənizin sağlamlığı üçün “Ağdağ”I seçin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
34 d. əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
-
- 39 d. əvvəl
-
42 d. əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 54 d. əvvəl
-
54 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
-
1 saat əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
1 saat əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Ən çox oxunanlar
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı



















