Trump-ın güclü Dollar etirazı həqiqidirmi?
ABŞ Prezidenti Donald Trump-ın iqtisadi siyasətlərində qeyri-müəyyənlik ortadan qalxmayıb. Bazarlar hələ strategiyasını formalaşdırmağa çalışır. Trump-ın hər açıqlaması qiymətlərə təsir edir. Keçən həftə Trump-ın Dolların həddindən artıq dəyərli olmasında bəzi ölkələri günahlandırması və Dodd Frank (*) qanununu yumuşaltmaq istəməsi yeni sual işarələri yaradıb. Bəzi dairələr Dolların dəyər itirməsi və ABŞ banklarının daha az tənzimləmələrə tabe olmasının inkişaf edən ölkələr baxımından müsbət olaraq qiymətləndirdi.
Trump güclü dollardan həqiqətən narahatdır?
"Marja"nın məlumatına görə, himayəçiliyə (proteksionizm) baş qoymuş biri üçün pul vahidinin dəyərli olması mənfi hal deyil, tam tərsinə, istənilən bir vəziyyətdir. Çünki himayəçilik inflyasiyanı daha da sürətləndirir. Pulun dəyərli olması inflyasiya və faizdəki yüksəliş ehtimalını gecikdirir, bu da siyasi və iqtisadi hədəflərə çatmağı asanlaşdırır.
Proteksionizm (himayə) dövlətin iqtisadi siyasətinin milli istehsalın dəstəklənməsinə yönələn addımdır.
Trump, işinə yarayacağı halda niyə güclü dollara etiraz edir?
Çünki bunu ticarət müharibələrinə əsas olaraq istifadə edir. Xarici siyasətdə də bunun üzərindən bir şeylər əldə etməyə çalışır. Həmçinin Avropanın daha çox xarici risk götürməsini istəyir.
Vəziyyət belədirsə qiymətlər niyə bu şəkildə reallaşır?
Bazarlar qısa bir müddət üçün riskləri azaltmaq və vəziyyətin fərqində olmayanları tələyə salmaq üçün prosesləri səhv şərh edə bilir.
Bu vəziyyətdə nə ola bilər?
Dolların dəyərdən düşməsi müvəqqəti ola bilər. ABŞ bankları da belə bir mühitdə xarici risk götürməzlər. Bu səbəbdən inkişaf edən ölkələrə axan pul məhdud qala bilər.
(*) Dodd-Frank Qanunu nədir?
Dodd-Frank qanunu 2010-cu ildə sərmayəçiləri riskli davranışlardan, maliyyə itkinlərdən və sui-istifadələrdən qorumaq məqsədiylə çıxarıdılıb. Qanunun hazırlanmasına maliyyə quruluşlarının 2008 böhranı əvvəli etdiyi riskli sərmayələr səbəb olub və başda banklar olmaqla şirkətlər ciddi tənzimləmələrə tabe ediliblər. Trump, ötən həftə bu qanunun yenidən nəzərdən keçirilməsi və "yumuşaldılması" üçün fərman imzalayıb. Çünki iqtisadi hədəflərinə çatması üçün bu qanunu bir mane olaraq görür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























